Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM- dən yeni model imtahan... - Sadələşdirilib, yoxsa çətinləşib?

Yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq...

Təhsil eksperti: “Sadələşdirmə istiqamətində atılan istənilən addım təqdirə layiqdir və mən deyərdim əslində vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulan modelə keçid də bu baxımdan qaçılmaz idi”.

“Problem xarakterli yeni çətinliklərin yaranmasını istisna etmirəm”.

Bu sözləri təhsil eksperti Nadir İsrafilov DİM-in yeni tipli imtahan modelini PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər. Belə ki, əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq.

İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaqdır.

DİM-in yeni imtahan modelini necə qiymətləndirirmək olar və DİM açıq tipli sualları ləğv edib qapalı tipli sualları daha da çətinləşdirəcək?

Yeni imtahan modelini PİA.az-ın əməkdaşı təhsil eksperti Nadir İsrafilov ilə müzakirə edib.

Nadir İsrafilov: “Belə bir dəyişikliyin edilməsi hazırki vəziyyətin təhlilinə əsaslanan qənaətin nəticəsidir”. 

Yeni modelin tətbiq olunmasınin zərurətinin vəziyyətlə bağlı olduğunu bildirən ekspert bildirib ki, imtahan prosesinin sadələşdirilməsinə hesablanıb:

“Məlum olduğu kimi Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarı “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur və tapşırıqların formasını daha da sadələşdirilməsinə xidmət edir.

Qərarda, həmçinin buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub. Başqa sözlə ifadə etsək imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq və belə bir dəyişikliyin edilməsi hazırki vəziyyətin təhlilinə əsaslanan qənaətin nəticəsidir.

Yeni modeli İmtahan iştirakçılarına qapalı tipli tapşırıqlar, kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunmasını nəzərdə tutur. Tədris dili, Riyaziyyat və Xarici dil üzrə qapalı və cavabı kodlaşdırıla bilən seçim formalı açıq tipli tapşırıqların sayı müəyyənləşdirilib. Tapşırıqların tipi ilə müqayisədə qapalı tapşırıqlar sayı üstünlük təşkil edir.

Nadir İsrafilov: “Yeni modeli İmtahan iştirakçılarına qapalı tipli tapşırıqlar, kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunmasını nəzərdə tutur”.

Sadələşdirmə istiqamətində atılan istənilən addım təqdirə layiqdir və mən deyərdim əslində vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulan modelə keçid də bu baxımdan qaçılmaz idi. Bu mənada yeni modelin tətbiq olunması zərurəti vəziyyətlə bağlıdır və imtahan prosesinin sadələşdirilməsinə hesablanıb.

Bununla belə, yaxın vaxtlarda bu modelə uyğun sınaq imtahanının keçirilməsi, belə bir formatda imtahanların davam etdirilməsinin nə dərəcədə optimal və rasional olacağına və bu barədə hər hansı bir konkret mülahizə söyləməyə əsas verəcək. İstənilən halda problem xarakterli yeni çətinliklərin yaranmasını istisna etmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar