Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM-dən imtahanlarla bağlı açıqlama

Məlum olduğu kimi, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar hazırda Dövlət İmtahan Mərkəzinin rəhbərlik və struktur bölmələri arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulmuş müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilir...

DİM-dən verilən məlumata görə, bu gün Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti 3-cü videokonfrans keçirilib. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, cari işlər, onlayn imtahanlar, onların layihələndirilməsi, nəzarət sistemi və digər İT məsələlərinin həlli imkanlarının müzakirəsindən ibarət olub.

Məlumatda bildirilir ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, DİM-in inzibati binalarında vətəndaş qəbulu müvəqqəti dayandırılsa da, müraciətlər 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

pia.az


Etiket: imtahanlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar