Çərşənbə axşamı, 09 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara müraciət

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru olmaq istəyənlərə imtahanların vaxtını açıqladı.

DİM-dən verilən məlumata görə, xarici dillər üzrə fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat internet vasitəsilə 2021-ci il yanvarın 26‑dan fevralın 7‑dək aparılacaq.

Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının 2021-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.

Yaxın günlərdə DİM-in internet saytında iddiaçılara və namizədlərə kömək məqsədilə xarici dillər, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının yazı blokuna aid nümunəvi tapşırıqlar təqdim ediləcəkdir.

DİM bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilib və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir.

Qaydaya əsasən, fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir:

- iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən);

- xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);

- Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı Komissiya ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Daha geniş məlumatla buradan tanış ola bilərsiniz.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ukraynada müharibə başladı - Separatçılar hücuma keçdi - 20 ölü...

Ramiz Mehdiyevlə bağlı maraqlı fakt üzə çıxdı - Foto

Kanadanın baş nazirinin Anna Akopyanı gözlənilmədən öpməsi görüntüləri yayıldı - Video

Gənc qız sevgilisini yataqda doğradı - Lənkəranda qanlı cinayət 

Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

Ən az benzin "yandıran" 5 maşın açıqlandı - Siyahı

Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

Bakıda icazəsiz aksiya başladı -Saxlanılanlar var

Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləri

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü

Ən çox oxunanalar