Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM ali məktəblərə qəbul proqramında dəyişiklik edib

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, AbşeronXızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, QazaxTovuz, Quba–Xaçmaz, LənkəranAstara, Mərkəzi Aran, Mil–Muğan, ŞəkiZaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Dövlət İmtahan Mərkəzi iqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünün əks olunduğu məqaləni təqdim edir. Məqalə yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Azərbaycan iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar aşağıdakı material əsasında tərtib ediləcək:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar