Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəmlə Şahbaz arasında nə baş verib? - “Ona iki sillə vurdum, çünki...”

Ötən il əsirlikdən Vətənə qaytarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin arasında mübahisə yaranıb. Ona görə ki, D.Əsgərov və oğlu Kürdoğlu Əsgərov Ş.Quliyev haqqında yeni iddia və ittihamlar səsləndiriblər. K.Əsgərov deyib ki, Ş.Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq düşmən əsgərləri tərəfindən girov götürülüb:

"Sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb. Ş.Quliyev tutulan kimi D.Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı H.Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub”

Bundan əlavə D.Əsgərov da Ş.Quliyevi "Paşinyanın dostu” adlandıraraq Həsən Həsənovun ölümündə onu günahlandırıb.

PİA.az xəbər verir ki, "Sherg.az” bu ittihamlara cavab almaq üçün Ş.Quliyevin özü ilə əlaqə saxladıq və Şahbaz bəy də ittihamları cavabsız qoymadı:

"Dilqəm deyir ki, o mənə ermənilərin yanında şillə vurub. Səni neçə kilometr belimdə daşıyanda yaxşı oldum, iki şilləyə görə pisəm? Bir də ki yaxşı edib vurmuşam. Özüm də deyirəm ki, ona iki şillə vurdum. Əcəb eləmişəm. Dilqəm yaxşı bilir niyə belə etdim. Dilinin üstündə! Deyirdi, guya Şahbazla Həsən hökumət adamıdır, ona görə vurdum. Nə hökumət adamı? Qəbir ziyarətinə getmişdik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar