Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəm Əsgərovun oğlu danışdı

2014-cü ilin iyulundan ermənilərin Şuşa türməsində girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hazırda taleyinin necə olacağı barədə narahatlıqlar var. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı azad etməyə başlaması Şuşanın da azad ediləcəyinə inamlarını artırıb.

“Biz əminik ki, Şuşa azad ediləcək. Çox ümid edirik ki, atam Dilqəm Əsgərov və dostu Şahbaz Quliyev də Şuşa ilə birlikdə azadlığa qovuşacaqlar. Eyni zamanda bizdə belə bir narahatçılıq var ki, Qarabağı işğalda saxlaya bilməyəcəyini və uduzduğunu dərk edən Ermənistan qəzəbini həm də atamdan və Şahbaz Quliyevdən çıxsın. Bu baxımdan onların həyatına hər an təhlükənin olduğundan narahatıq”, - deyə o qeyd edib.

Kürdoğlu Əsgərov deyir ki, Azərbaycan ordusunun və Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızı azad edəcəyinə inandıqları kimi, Dilqəm Əsgərovla Şahbaz Quliyevi də sağ-salamat azad edəcəyinə inanır: “Biz əminik ki, torpaqlarımız tamamilə azad olunacaq. Sentyabrın 27-dən başlanan döyüşlərdə Azərbaycan ordusuna çoxlu sayda erməni hərbçilərinin təslim olduqları və əsir düşdükləri də məlumdur. Mən xahiş edirəm Dilqəm Əsgərovun və Şahbaz Quliyevin həmin erməni hərbçilərlə dəyişdirilməsi məsələsi qoyulsun. Mən belə olacağına inanıram. Əminəm ki, yaxın vaxtlarda ordumuz, Ali Baş Komandanımız bütün torpaqlaramızla yanaşı, Dilqəm Əsgərovu və Şahbaz Quliyevi də azad edərək xalqımızı sevindirəcək”.

K.Əsgərov dedi ki, atasından sonuncu dəfə bu il sentyabrın 4-də məktub gəlib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya nümayəndəliyinin əməkdaşları atama 4 sentyabrda baş çəkiblər. Atamın yazdığı məktubu bizə təqdim ediblər. Qısa bir məktubdur. Yazıb ki, Rusiya, Bakı, İrəvan, Təbriz xəbərlərinə radioda qulaq asıram, Rusiyadan Qızıl Xaç Komitəsinin nümayəndələri mənə ərzaq, paltar alıb gətiriblər, mənə görə narahat olmayın, mənə heç nə göndərməyin. Atam ”altda qalanın canı çıxsın" cümləsini də yazmışdı. Mən buradan Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edirəm ki, atamın və Şahbaz Quliyevin təhlükəsizliyinə təminat olması üçün onlara diqqəti indiki vaxtda daha da artırsınlar".

Xatırladaq ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda işğal altındakı Kəlbəcər rayonunda doğmalarının məzarını ziyarət etməyə gedərəkən Ermənistan işğalçı əsgərləri tərəfindən girov götürülüblər. Dağlıq Qarabağda qondarma “məhkəmə hökmü” ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 20 il azadlıqdan məhrum ediliblər. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar