Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DGK: "Narkotik vasitələrin 99,8%-i ölkənin cənub sərhədlərindən keçib"

"2021-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin 99,8 %-i ölkənin cənub sərhədlərindən keçirilməklə gətirilib".

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

"Aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarının analizi narkotik vasitələrin əsasən Astara, Biləsuvar və Naxçıvan MR-dakı Şahtaxtı gömrük postu vasitəsilə ölkəmizə gətirildiyini təsdiqləyib.

Narkoqaçaqmalçılıq faktlarının 73%-i (40 fakt), tutulan narkotiklərin 89%-i (2 t 703 kq) cənub sərhədlərində: Cənub Ərazi Baş Gömrük idarəsinin AstaraBiləsuvar gömrük postlarında, Naxçıvan MR Şahtaxtı Gömrük İdarəsində, 1 fakt üzrə 10,5 %-i (320,6 kq) Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda, ümumilikdə isə narkotiklərin 99,5%-dən çoxu yuxarıda sadalanan 4 gömrük orqanında qanunsuz dövriyyədən götürülüb.

Narkotik vasitələr və psixotrop maddələr 20 halda Azərbaycana gətirilərkən, 31 halda tranzit yolla keçirilərkən, 4 halda ölkə ərazisində saxlanılıb. Əsas marşrutlar İrandan gəlməklə Avropaya daşınması marşrutları olub", - deyə o, qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar