Bazar, 26 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

DGK 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb

Bu gün rastlaşdığımız ən böyük problemlərimizdən biri əqli mülkiyyətin eyniadlı məhsulların başqa şirkətlər, yaxud fiziki şəxslər tərəfindən gətirilməsidir...

Hesab edirik ki, bu cür problemlərlə, xüsusilə təmsilçilik institutu ilə bağlı müəyyən texniki problemlərlə bağlı suallar və təkliflər ola bilər.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, aparılan islahatlar nəticəsidə gömrük sistemində şəffaflığa nail olunub:

“Biz, demək olar ki, gömrük orqanlarında qarşımıza qoyduğumuz hədəflərə çataraq, tam şəffaflaşma proseslərinə nail olmuşuq. Bəzi işbazlar tərəfindən müəyyən addımlar atılmağa cəhd edilsə də, biz bu işdə əli olan son inspektora qədər təmizlənmə işlərini davam etdirəcəyik.

Yaşıl dəhliz sistemi üzrə ilin sonuna qədər dövriyyə yeddi milyard ABŞ dollarına çatdırılacaq. Bu isə hesab edirəm ki, böyük göstəricidir. Məhz Dövlət Gömrük Komitəsi əməkdaşları il ərzində 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb. Təəssüf ki, bunun da əksəriyyəti narkotik vasitələr, silah-sursatlar təşkil edir”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: DGK


loading...

Ən çox oxunanalar