Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəyişən siyasətlər və nəsillər arasında itən əlaqə: Müasir dünya yenilənərkən tarixi-siyasi yaddaş niyə silinir?

Siyasət tarixdən kənar bir çərçivəyə doğru addımlayır. Bu kainatı ağıldan çox, narahatlığa əsaslanan təsirlər idarə edir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 yanvar 2021-ci il

Baydenin küləyi bütün dünyada əsməyə başlayıb. Daha əvvəl dediyimiz kimi, bir müddətdir Bayden komandasında bəziləri Rusiya və Türkiyəni hədəfə qoyduqlarını açıq şəkildə dilə gətirirlər. Görünür, əvvəlcə Rusiya ilə bağlı addım atılıb. Bir neçə gündür bu regiondakı mənzərə olduqca mürəkkəb və gərgin hala düşüb. Bu halda belə bir sual ortaya çıxır: Görəsən, seçkilərdə Tramp qalib gəlsəydi, bu gün Rusiyada müxalifət liderinin həbsindən sonra başlayan kütləvi etirazlar yenə də baş verərdimi?

Proqnoz vermək çətindir. Ancaq çox açıq bir vəziyyət var. Əgər Trampın dövründə belə hadisələr olsaydı, ən azı motivasiya baxımından bu qədər güclü bir hərəkat ortaya çıxmazdı. Bu gün Rusiyadakı üsyançı izdihamın olduqca motivasiyalı olduğunu görürük. Səbəbi elə də mürəkkəb deyil. Onların arxasında Baydenin əsdirdiyi bir küləyin olduğu hiss olunur. Nümayişçilər “gün bizim günümüzdür”, ab-havasındadırlar.

Putinlə arası yaxşı olan Tramp Ağ Evdən göndərildisə, niyə Putin də eyni formada Kremldən göndərilməsin? “Baydençi dünya ictimaiyyəti”nin gücünü öz yanlarında hiss edirlər. Bu cür bir “Praqa Baharı” sindromu baş verir. Bəlkə də, sonda Putinin polislərinə məğlub olacaqlarını düşünürlər. Ancaq bu nümayişlərin tezliklə yatırılan sadə bir etiraz olmadığını düşünürlər. Həmçinin, hərəkatlarının “qocaman” Putin rejiminə ciddi ziyan vuracağına əmindirlər.

Konvensiyalı siyasi mülahizələrin, əslində çox sadə bir izahı olduğunu düşünürəm. Məsələn, güclülər çox zaman iqtidarda olduqları üçün inamla müxalifəti “özbaşınalar”, “bölücülər” adlandırırlar. Düşünürəm ki, bu vəziyyət hakim partiyanın iqtidarda olduğu demokratiyalarda daha çox meydana çıxır. Müxalifəti anlamaq və qavramaq üçün heç bir cəhd göstərmirlər. Bu, o demək deyil ki, yetkin və demokratik bir iqtidar plüralizm əxlaqına görə mütləq belə etməlidir. Mən məsələni daha çox siyasi quruculuq baxımından qiymətləndirirəm. Hər bir hakimiyyətin ən azından iddialarına uyğun olaraq “geri addım atmağa” ehtiyacı olduğu məlumdur. Əgər iqtidar öz gücünü qorumaq istəyirsə, rəqiblərini başa düşməsi onun xeyrinə olar. Çünki müxalifəti nə qədər başa düşsə və qavrasa, bir o qədər də onu idarə edə bilər. Hakimiyyətləri ən çox zəiflədən amil müxalifətə güzəştə getməyi lazımsız bilmələridir. İşini yaxşı bilən müxalifətlər də bu vəziyyəti görür, öz içinə bağlanan iqtidarın boşluqlarını dərhal doludurur və özlərini “böyüdə” bilirlər.

Bu şəkildə içinə bağlanmanın səbəbi də tez-tez yada düşdüyü kimi, “güc zəhərlənməsi” deyil. Əksinə, hakimiyyətlərin öz dövrlərində qazandıqları “nailiyyətlər”dir. Bu nailiyyətlərin yaddaş vasitəsilə nəsildən-nəsilə ötürüləcəyinə və sədaqətlə ucaldılacağına inanırlar. Lakin bütün bunlar bir müddət sonra funksionallığını itirir.
Yaşadığımız hər şey ənənəvi olaraq davam edərkən, bir müddət sonra müasir proseslərlə əvəz olunur. Bu müddətin bir nəsildən digərinə qədər olan keçid dövrü ən azı 20 il çəkdiyi düşünülürdü. Ancaq 1990-cı illərdən sonra bu müvəqqəti məsafə sürətlə 10 ilə, sonra da 5 ilə qədər azaldı. Keçmişdəki nəsillər arasındakı münaqişələr “ata və gənc oğul” arasında gedirdisə, bu gün “qardaşlar” arasında təzahür edir.

78 və 68-ci illərdə doğulmuş bacı-qardaşlar bir-birilərini yaxşı başa düşürdülər. Bunlar tarixçi nəsillər idi. Öz nəslinin şüuruna nail olmaları və özlərini xronoloji olaraq kodlaşdırmaları da bunun ən böyük sübutu ola bilər. Ancaq 98-ci illərdən başlayaraq bu əlaqələrin sürətlə aşındığı görürük. Yaddaşsızlıq problemi isə indiki əsrin insanları üçün bir üstünlük və hətta “qurtuluş” məsələsidir. Hətta artıq 68 və ya 78-ci ildə doğulmaq kimi tarixi bir kodlama da yoxdur. Nəsillər artıq X, Y, Z kimi kodlardan istifadə olunur. Edvard Lutvakın sözü ilə desək, “turbo kapitalizm” ən çox yaddaşlara zərbə vurdu. Tarix artıq şüur ​​məsələsi deyil. Daha çox obyektə çevrilmiş ensiklopedik oyundur.

Həmçinin, siyasət də bundan öz payını alır. Təcrübəli qədim siyasət dünyası da dəyişkən hala gətirilib. Siyasət də tarixdən kənar bir çərçivəyə doğru addımlayır. Bu kainatı ağıldan çox, narahatlığa əsaslanan təsirlər idarə edir. ÜDM-nin artması, infrastruktur sərmayəsindəki nailiyyətlər, keçmişin edə bilmədiklərinə nail olmaq kimi siyasi şüura təsir edənlər amillər, yəni qısaca köhnə-yeni fərqini tez-tez vurğulayan siyasi təbliğatlar heç bir məna kəsb etmir.

Putin 20 il əvvəl sözün əsl mənasında bir dağıntı üzərində hakimiyyətə gəldi. Qorbaçov da bu dağıntını öz üzərinə götürdü. Beynini vodka şüşəsində çürütmüş Yeltsin isə çöküşün simvolu oldu. Putin çökmüş Rusiyanı qaldırdı və böyük bir uğur qazandı. Rusiyanı yenidən böyük bir gücə çevirdi. Yeltsinin dövrünü xatırlayanlar, şübhəsiz ki, Putinin Rusiya tarixindəki mühüm yerini qiymətləndirəcəklər. Bunun arxasındakı kütləvi dəstəyin hələ də çox güclü olduğu şübhəsizdir. Lakin, o ağır günləri xatırlayanlar indi sürətlə qocalıb, ölürlər. Xatırlamaq istəməyənlər isə yavaş-yavaş çoxalmağa doğru gedirlər.

Siyasət yalnız Rusiyaya deyil, bütün dünyada tarixi məntiqi olmayan bir kütləyə xitab edir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Rusiya Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar