Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deyirdilər ki, biz Bakıdan ayrılmaq istəmirik” – Sabir Rüstəmxanlı

Cəbhədə Azərbaycan Ordusunun uğurlu əməliyyatları olub. Buna baxmayaraq Gəncədə dinc əhalinin erməni terrorunun qurbanı olması hamımızı sarsıdıb.

Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

O qeyd edib ki, Ermənistsan terrorçu dövlətdir:

“Bunu bütün dünyada bilirlər, amma dilə gətirmirlər. Ermənistanın apardığı və erməni xalqına təlqin olunan düşüncə tərzi heç faşizm sözünə də sığmayan bir anlayışdır. Bu, tamam ayrı yanaşmadır. Müharibənin də öz qanunları var. Müharibədə əsir düşənlər, yaralananlar, dinc əhali olur. Uşaqlara, qadınlara, yaşlılara qıymazlar və sair”.

Deputat qeyd edib ki, bizim işimizi mürəkkəbləşdirən cəhət düşmənə adekvat cavab verə bilməməyimizlə bağlıdır:

“Ərazilərimizə Ermənistan Respublikasından hücum edilir. Biz buna atəş açmaqla cavab verə bilmirik. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi önümüzü kəsir. Amma hər hansı müqavilə bir millətin tamamilə məhv olmasına, yaxud şəhərlərimizin dağılmasına gətirib çıxara bilməz ki...”

Sabir Rüstəmxanlının sözlərinə görə, Ermənistanın XIX əsrin sonlarından bəri tarixini izləyən hər bir adam görür ki, biz sadəcə yatmışıq və ya bizi yatırdıblar: “Əvvəl çar Rusiyası, sonra isə sovet hökuməti yatırdıb. Bizim əlimizdə İrəvanda, Naxçıvanda, Zəngəzurda, Gəncədə, Tiflisdə, Batumda, Bakıda, Şamaxıda, Qubada olmazın qırğınlar törədilməsinə dair çox ciddi sənəd-subutlar var.

Məmməd Səid Ordubadinin “Qanlı illər”ini Azərbaycanda gərək hamı oxusun. Görsün ki, orada hansı cinayətlər təsvir olunur. O cinayətlər hansı zəmində törədilib. Həmin hadisələr yavaş-yavaş böyüyərək bu günə gəlib çıxır. Biz bu hadisələri vaxtında dünyaya çatdırmamışıq, dünya dillərinə çevirib yaymamışıq, vaxtında beynəlxalq məhkəməyə verməmişik.

Erməni daşnaklarının azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaratmış olduğu Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ortadadır. Bunun əvəzində 1921-ci ildə Bakının ixtiyarını Kirova, başqa sözlə, erməni və bolşevik birliklərinə verdilər (1921-ci ildə Sergey Kirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunub – S.H.). Kirov da gəlib burada Moskvanın – Stalinin tapşırığı ilə heç zaman erməni torpağı sayılmayan Zəngəzuru ermənilərə verdi. Qarabağda isə ermənilər üçün yalançı, qondarma muxtariyyət yaradıldı (7 iyul 1923-26 noyabr 1991-ci illərdə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti nəzərdə tutulur – S.H.). Hətta oranın erməniləri belə İrəvana qarışmaq istəmirdilər. Deyirdilər ki, biz Bakıdan ayrılmaq istəmirik”.

Sabir Rüstəmxanlı qeyd edib ki, ermənilərin bu hərəkətləri 150 ildən artıqdır davam edir:

“Bu prosesi görən bir xalq, dövlət buna cavab vermə yollarını düşünməli idi. Bizim əleyhimizə kitablar yazılırdı, biz sovet dövründə ona cavab vermək istəyirdik, deyirdilər ki, olmaz”.

Milli Məclisin deputatı bildirib ki, humanizm sözü ilə erməni və Ermənistan sözü heç vaxt yanaşı işlədilə bilməz:

“Mən işğaldan azad edilən kəndlərə baxdım. O kəndlər 30 ilə yaxındır ermənilərin əlindədir. Bu müddət ərzində orada bir ev tikilməyib. Nəinki orada tikilməyib, 1948-53-cü illərdə azərbaycanlılar Ermənistandan çıxarılanda boşalan kəndlərin bəziləri də hələ boşdur. Çünki erməni o torpağa bağlı deyil, o torpaq onun deyil. Ayağının altındakı torpağın onun olmadığını bilir.

Ona görə Azərbaycan qayıtmalıdır ki, o torpaqlara can gəlsin. Dünya bunu bilməlidir. Orada bir ev tikməyiblər, bir ağac əkməyiblər. Orada hər dağa bir mərmi, bir istehkam əkiblər. Bu baxımdan əslində orada yaşayan dinc ermənilər də bədbəxtdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar