Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deyir 3 milyon verib deputat olmuşam…” - İddiaçı 

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov deputat vəsiqəsini borca görə girov qoyub...

Bu barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsində qeyd edilib. 

Qətnamədən aydın olur ki, Rəfael Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. 

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxt qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Rəfael Cəbrayılov vədinə əməl etmədiyi üçün Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Yeni Sabah” məsələ ilə bağlı verən Təranə Fətəliyeva ilə əlaqə saxlayaraq təfərrüatları öyrənib.  İddiaçı deyib ki, onun deputatla qohumluq münasibətləri var. Təranə Fətəliyeva həmçinin qeyd edib ki, 300 min ABŞ dolları tək onun deyil: 

“Biz Binəqədidə ev almışdıq. Rəfael Cəbrayılov dedi ki, həmin evləri satın, pulunu verin mənə. Tikinti biznesilə məşğul olduğunu deyərək bizi də bu işə cəlb etmək istədiyini dedi. Biz də evləri satdıq, qardaşım iki qarajını satdı, bir neçə nəfərdən pul toplayıb verdik Rəfael Cəbrayılova. O, Binəqədidə Gənclər Şəhərciyində binalar tikirdi. Qardaşı da onunla bu biznesə şərikdir. Biz buna görə inandıq. 

Lakin sonradan bizə məlum oldu ki, o bizi aldadıb. Həmçinin borcu almaq üçün onun qapısına gedəndə gördüm ki, bizim kimi başqa adamlar da var”.
Onun sözlərinə görə, Rəfael Cəbrayılov yaxın qohumundan da 300 min manat alıb. Həmin pul da indiyə qədər qaytarılmayıb. “Borc üçün gedəndə bizi təhqir edir. Ölkə rəhbərliyinin adını hallandırır. Deyir evləri onlara vermişəm, gedin onlardan tələb edin. Biz deyirik axı pulu sənə vermişik. Neçə nəfər adam böyük məbləğlərdə pul verib ona. O, isə deyir mən 3 milyon verib deputat olmuşam, siz mənim karyerama zərbə vurursunuz”,- deyə Təranə Fətəliyeva bildirib.  

İddiaçı Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasından da danışıb: “Vəsiqənin biri məndə, biri də rəfiqəmdədir. III və IV çağırışı deputat vəsiqələrinin əslidir. Vəsiqələri zəmanət kimi qoymuşdu”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar