Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Desələr ki, COVİD-19-u cinlər göndərib...” – Fazil Mustafa

"Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər"...

“Öncələr də vurğulamışdım ki, karantin dövrünün bu kritik durumunda ən əlçatan variantlardan istifadə etmək lazımdır. Türkiyədən 10-12 virusoloq və epidemoloq dəvət etmək, onları prosesin idarə olunmasına cəlb etmək lazımdır”.

PİA.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, hər gün də bir-ikisini televiziyaya çıxarıb vəziyyəti təhlil etməsinə imkan yaratmaq məqsədəuyğun olardı.

“Pandemiya ilə bağlı vəziyyətin mütəxəssislər tərəfindən yönəldilməsinə inam yaratmaq olduqca vacibdir. Bizdə aydın olur ki, bu sahədə nəinki dünya standartlarına, heç yerli standartalar uyğun gələn mütəxəssis problemi var. Köhnə rus məktəbindən qalanlar da ya dünyasını dəyişiblər, ya da hədsiz yaşlaşıblar.

Tibb Universitetinin də tədris metodikası dünya standartlarından çox uzaq olduğuna görə möcüzə gözləməyə heç dəyməz. AvropaABŞ-da bu sahələr üzrə tələbə də oxutdurmadığımız göz qabağındadır. Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrini 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik. Xarici dil bilgisi zəif olanları Türkiyəyə göndərmək olar. Proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərin meydanda olması faydalı ola bilər.

İnanmayanları da qınamaq lazım deyil. COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki? Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər, yaxud da bir dedi-qodunu həqiqət kimi həzm edənlər həmişə çoxluqda olub.

Bir çoxlarına desələr ki, COVİD-19-u cinlər göndərib, bu artıq domino masası arxasında, yas yerlərində ciddi müzakirə mövzusuna, geniş diskussiyalara çevrilə bilər. Ona görə də inanmaq istəyənləri, məsuliyyətli insanları düşünərək bu addımları atmaq vacibdir. Bu insanlar mütəxəssis rəyinə olduqca həssasdırlar, söylənilənləri düşüncə süzgəcindən hökmən keçirəcəklər, davranışları ilə başqalarını da şübhələndirməyə başlayacaqlar ki, bəs filankəs ağıllı adamdır, belə davranırsa, demək ki, təhlükə həqiqətən mövcuddur”.(Yeni Sabah)

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar