Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Dərsliklərimiz Sinqapur modelli olacaq

Təhsil Nazirliyi riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verir.

Nazirlikdən verilən məlumata görə, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.

Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

Xırdalandakı partlayışda dağıntılar altından altı nəfər çıxarılıb - Foto,Video, Yenilənib2

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Putin Navalnının onun haqqında hazırladığı “Putinin sarayı” filminə münasibət bildirib

Ən çox oxunanalar