Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dərin dava: Tramp ABŞ-ın dərin dövləti ilə savaşır..

Amerika dərin dövlətinin Kennedi sui-qəsdindən sonra ilk dəfə bir prezidentə qarşı etibar sui-qəsdilə hücuma keçib...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 4 oktyabr 2019-cu il

Hər zaman qeyd etdiyim kimi, Vaşinqton-Ankara-Moskva bir-birinə görünməyən bir xətlə bağlıdır. Ağ Evdə və ya Bekinqem sarayında baş verən sarsıdıcı bir hadisə mütləq ki, bu paytaxtlara təsir edəcək.

ABŞ prezidenti Donald Trampın ən çox güvəndiyi şəxslərdən biri Ağ Ev Siyasət Müşaviri Stefen Millerdir. Bu adam Ağ Evin koridorlarında Tillersonla dava edəcək qədər güclü bir şəxsdir və onun gözləmədiyimiz qədər dərin bağlantıları var. Ailəsi də Rusiyadan köçüb. Yəhudi olması da onun avantajıdır.

Miller sürətlə yüksəldi və bu gün Ağ Evin güclü adamlarından biridir. Hələ 34 yaşında olmasına baxmayaraq, Amerika dərin dövlətinə müharibə elan edib. Bir neçə gün əvvəl verdiyi açıqlamada da: “Dərin dövlət geri qayıdıb. Lakin həmişə hazırlıqsız yaxaladığı şəxsləri bitirmək barədə mütəxəssis olan dərin dövlət Tramp kimi ağıllı və qorxusuz biri ilə toqquşub. Ukrayna əməliyyatı da dərin dövlətin son həmləsi idi. Ardınca vəzifədən uzaqlaşdırma prosesinin başlanması da dərin quruluşun KonqresSenatdakı davamı idi”, deyib.

Stefen Miller, həmçinin, Amerika mediasının önəmli bir bölümünün də dərin dövlət tərəfindən idarə edildiyini bildirib. Merriam-Vebsterin ifadə etdiyi dərin dövlət nəzəriyyəsini Miller belə izah edir: “Dərin dövlət nəzəriyyəsi hökümət siyasətlərinə təsir etmək və maraqlarını qorumaq üçün xüsusilə, seçilməmiş hökümət nümayəndələri media, biznesmenləri, kəşfiyyat qurumları və sui-qəsd qruplarının eyni masada oturmasından ibarətdir”.

Miller buna qarşı müdafiəsiz olmadıqlarını da bildirib.

Amerika dərin dövlətinin Kennedi sui-qəsdindən sonra ilk dəfə bir prezidentə qarşı etibar sui-qəsdilə hücuma keçdiyini deyən Miller davam edib: “Onlar dünyada qətliamlar edən, nefti ələ keçirən, istədiklərini diktator elan edən və əsl diktatorları isə demokrat kimi göstərən bir qüvvədir. Lakin artıq bu şəbəkəni idarə edə bilmirlər. Ona görə də, yoldan çıxmış bir yük maşını kimi gedirlər. Çünki planları baş tutmur, istədiklərini əldə edə bilmirlər”.

Bu sözlərin açıqlaması belədir: Pentaqon dərin dövlətin silah gücüdür, NATO isə onun strateji hücum qüvvəsi. Miller bunları da əlavə edib: “Artıq hər kəs qəbul edir ki, Amerika dərin dövləti işğal edə bilmədiyi ölkələrə qarşı NATO ilə birlikdə əməliyyatlar aparıb. NATO generallarının tamamilə Pentaqondan əmir alması və buna qarşı çıxanların isə vəzifələrindən çıxarıldığı ortadadır. Fransız, italyan və ya alman general olmağın bir fərqi yoxdur. Əgər NATO-da çalışırsınızsa, əvvəlcə Amerikanın maraqlarını qorumaq məcburiyyətindəsiniz”. Stiv Bennonun Ağ Evə dəvət edilməsi Tramp və Millerin böyük planı idi. Dərin dövləti yaxşı anlamağın yolu Stiv Bennonla yaxın olaraq fəaliyyət göstərməkdən keçir.

Bennon dərin dövlətin gücünü gizlətməyib. Verdiyi qərarların uğurla davam etməsi üçün dərin dövlətin ən önəmli nöqtələrini Tramp və Millerlə tam olmasa da, bölüşüb. Çünki Bennon dərin dövlətin çox gücünü görürdü və bu gücün də gizlədilməli olduğunu düşünmürdü.

Bu proseslərdən sonra Con Bolton vəzifəyə gəlib. O, artıq Ağ Evdə idi. Bennon dərin dövlətin beyni idi, Bolton da ən güclü qanadı. Miller isə dərin dövləti bütün sirlərini öyrənirdi.

Dərin dövlətlə yaxın münasibət quran bütün biznesmenlər gizli şəkildə qeyd olunurdular. Buna görə də, Ağ Ev özünə çox güvənir. Çünki dövlət sirlərinin dəsirlərini bilən dərin dövlətin şifrələri Trampın və komandasının əlinə keçirdi.

Trampın Ukrayna przidenti ilə olan söhbəti Baydenlə olan tərəflərin impiçment prosesini başlatması da dərin dövlətin necə təcrübəsiz davrandığını göstərir. Çünki heç bir amerikalı impiçment üçün ciddi bir əsas görmür. Dünyanı idarə edən qüvvə ukraynalı bir komediyaçı tərəfindən formalaşa bilərmi?

“Demokratıar Partiyası”nın önəmli gücü olan Nensi Pelosi bu vəziyyətə dəfələrlə etiraz edib. O da dərin dövlətlə hərəkət etsə də, izah etməyə çalışır ki, bu durum Trampa böyük güc qazandıracaq. Lakin onun bu cəhdlərinə qarşılıq verilməyib. Bu dərin dövlət hələ də 50 il əvvəlki vəziyyətindədir. Bunu deyənlər də Millerin komandasıdır.

Hələ də əsas düşmən Rusiyadır. Oliqarxların qara siyahıya alınması və Trampla bağlı olduqlarını deməsi Amerika xalqı tərəfindən başa düşülmür.

Rusiya planı çökdükdə isə yeni hədəf tezliklə Çin olub. Çin də, Rusiya da Amerika dərin dövlətinin qarşısındadır. Lakin illərlə böyütdükləri Rusiyanı və Çini düşmən elan etmək də Amerika xalqına inandırıcı gəlmir.

Amerika dərin dövləti Miller və komandası qarşısında çox zəifləyib.

Bütün bu vəziyyət ABŞ mediasında müzakirə edilir. Çünki Ağ Evdəki vəziyyət yekunlaşmamış bölgədəki durum tamamlana bilməz. Bundan sonra İngiltərədə də maraqlı addımlar atıla bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar