Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin Amerikanın koronavirus həmləsi... – Bəs Rusiyanı nə gözləyir?

Vaşinqton koronavirus dalğasının təsir sahəsini daha da artırsa, neft qiymətləri 40 dollardan da aşağı düşər...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 13 fevral 2020-ci il

Hər yer - Suriya, Çin, Liviya, Aralıq dənizi, Yəmən, İran, İraq qarışıq vəziyyətdədir. Lakin heç kimin ağlına gəlməzdi ki, Çin bu qarışıq siyahının lideri olacaq. Bir virusla inanılmaz nəticələr əldə edilib. Bəs nə baş verir? Kim nə etmək istəyir?

Əvvəlcə bilməliyik ki, ABŞ neftə nəzarət etdiyi müddətcə hər işin altında onun əli olacaq. Neft-dollar münasibətləri bitməyincə, bu cür oyunlar da bitməyəcək.

Dünya koronavirusdan narahatdır və vəziyyət göz qabağındadır. 2019-cu ilin məlumatlarında böyük bir qarışıqlıq olduğu üçün, 2018-ci ilin rəsmi rəqəmlərinə nəzər salaq. Cədvələ əsasən, ABŞ-ın Çinə 120,3 milyard dollarlıq ixracatı var. Bəs ABŞ-ın Çindən idxalı nə qədərdir? Bu da 539.5 milyard dollardır. İndi ABŞ ucuz mal idxalının mərkəzi olan Çinə koronavirus bombasını göndərəcəkmi? Dərin Amerika mütləq göndərər. Bu gün Birləşmiş Ştatlar deyil, Ağ Evi idarə etməyə çalışan, lakin 100%-lik uğur qazana bilməyən Tramp və komandası koronavirusa görə çaxnaşma içindədirlər. Yəni Dərin Amerika göndərir, amma Ağ Ev narahatdır.

Dərin Amerika ilk dəfə tarixi “kozr”dan istifadə edib. 1940-cı illərdən bəri ABŞ dünyanın bir çox yerində hərbi əməliyyatlar həyata keçirib. Təxminən 60 ölkə Amerika əsgərinin əməliyyatları ilə üz-üzə qalıb. Son dövrə nəzər saldıqda İraq və Əfqanıstanın önə çıxdığı görünür. Əkiz qüllələr hücumundan sonra bu iki ölkə hədəf olmuşdu. Bu 2 ölkəyə işğal məqsədi ilə hərbi əməliyyatlar həyata keçirilib. Lakin ABŞ belə hər ölkəyə əsgərləri ilə girə bilməz.

Bu ölkələrin başında Çin gəlir. Dərin Amerikanı silah şirkətləri idarə etsə də, Çinə qarşı heç vaxt hərbi əməliyyat keçirməyi düşünməz. Çünki Çin həm əhali, həm də regional cəhətdən olduqca böyükdür. Bu səbəbdən, gözlətdikləri bu yeni koronavirusu Çinə göndərdilər. Gözlənilən kimi də oldu. Çin trilyon dollar ziyana düşüb.

Əməliyyat ilk mərhələdə hədəfinə çatıb. Bəs ABŞ milyardlarla dollar idxal etdiyi Çini bitirməkdə məqsədi nə idi? Bu adamlar üçün hər şeyi deyə bilərik, amma onların axmaq olduğunu deyə bilmərik.

Məqsədləri nə idi?

“Apple”ın iPhone markalı mobil telefonu Çində istehsal olunur. Yəni bizə belə göstərilir. Lakin böyük bir yalandır. İphone-da istifadə olunan akselerometr Almaniyada, əsas ekranı Cənubi Koreyada, ID sensoru Tayvanda, “Hi-P” və “Green Point” isə Sinqapurda istehsal olunur. Çin bu hissələri həmin ölkələrdən tədarük edir. Başqa sözlə, iPhone-un 200 hissəsindən 178-i başqa ölkələrdən gətirilir.

Çin ildə 2,5 trilyon dolları ixrac edərkən, 2 trilyon 200 milyard dolları da idxal edir. Çin faktiki olaraq yalnız 300 milyardlıq dollar milli ixracat edir.

Bəs koronavirusdan sonra nə oldu? Bir çox ölkə idxalı dayandırıb. Çin də bir çox ölkədən idxalı dayandırmalı olub. Bu, Dərin Amerikanın silah şirkətlərindən başqa, hər bir sektora təsir edəcək bir vəziyyət yaradır. Dərin Amerikanın koronavirus həmləsi də trilyonlarla dollara başa gələcək bir çox hərbi əməliyyatları lazımsız hala gətirib. Silah baronları son sözü demək üçün koronavirus silahından istifadə edib.

Bəs Dərin Amerika, Türkiyədə də bir virus ortaya çıxarsa, nə olar? Əlbəttə ki, Türkiyə dünya ictimaiyyətində çətinliklə üzləşər. Lakin idxal və ixrac yalnız Türkiyəyə təsir edər. Lakin bu təsir məhdud şəkildə qalar. Bunun üçün heç bir virusa da ehtiyac yoxdur. Bunu bildikləri üçün bir neçə bank və bir neçə iş adamının iştirak etdiyi dollar əməliyyatı ilə Türkiyəni sarsıtmaq istədilər.

Bəs Rusiya koronavirusa yoluxsa, necə olar? Təbii ki, heç nə. Çünki Rusiyanın asılı olduğu tək sahə enerjidir. Enerjiyə, yəni təbii qaza və neftə koronavirus keçməyəcəyi üçün virus əməliyyatı Rusiyaya da təsir etməz. Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün ən yaxşı vasitə neft qiymətlərini aşağı salmaqdır. Koronavirus Rusiyada ortaya çıxsaydı, neft qiymətləri düşməzdi.

Lakin Çində ortaya çıxdığı üçün neftin qiymətləri təxminən 20 dollar düşüb. Vaşinqton koronavirus dalğasının təsir sahəsini daha da artırsa, neft qiymətləri 40 dollardan da aşağı düşər. Rusiya da bunu gördüyü üçün Liviya mövzusunda Türkiyəyə deyil, ABŞ-a üstünlük verib. Bu gün Dərin Amerika İdlib əvəzinə, bir türk qırıcı təyyarəsinin vurulmağını istəsə, Rusiya bu hərəkəti bir neçə saat içində reallaşdırmaq üçün var gücü ilə çalışacaq.

Buna görə də, Rusiya heç vaxt Türkiyə ilə razılaşmayacaq. Çünki pərdə arxasından Vaşinqton əmrlər yağdırır. ABŞ Yaxın Şərqdə və Şimali Afrikada Rusiyaya bir rol verib və Moskva da qəbul edib. Bu, açıq şəkildə ortadadır. Putin gəldiyi gündən bəri artan neft qiymətləri ilə yerini qoruyur. Rusiyanı dəyişdirib və istəmədiyi hər şeyi kənarlaşdırıb. Gücü bütünlüklə ələ keçirib. Buna görə bu əlaqəni ən yaxşı bilən Putin idi. Bu səbəblə, Rusiya Türkiyə ilə eyni masaya oturmayacaq. Çünki ABŞ belə istəyir. Burası dəqiqdir ki, Türkiyə ilə Rusiya 90% ortaqlıq etsə, Amerika Birləşmiş Ştatları nə Yaxın Şərqdə, nə də Aralıq dənizidə güclü ola bilməz.

ABŞ açıq şəkildə Rusiya ilə ittifaqdan imtina etməsi üçün Türkiyəyə qarşı ağır hücumlar təşkil edib. Rus reaktiv təyyarəsinin salınması, Karlov sui-qəsdi, dollar əməliyyatları Türkiyənin Rusiya ilə olan güclü ortaqlığını poza bilməyib. Rus reaktivinin vurulması təsirli olsa da, problem həll edilib. İki lider böhranı aradan qaldırmaq üçün görüşüblər. Bu səbəbdən, Dərin ABŞ planlarını dəyişdirib. Bu dəfə Rusiyaya Türkiyə ilə ortaqlıqdan imtina etməsi üçün təzyiq edib.

Elə bir barrel neftin 20 dollara düşməsi kifayət edib. Çünki Rusiyanın mövcud olması üçün neftin qiyməti 70 dollardan aşağı düşməməlidir. Bütün həmlələrə baxmayaraq, Türkiyə Rusiya ilə ortaqlıq etmək üçün həmişə səmimi addımlar atıb. Amma Rusiya ilk təzyiqdə masadan uzaqlaşan tərəf oldu.

Koronavirus gözlənildiyi kimi təkcə Çini deyil, Rusiyanı da vurub. Hətta Səudiyyəni, İranı və Körfəzi də. Neftin qiyməti artığı zaman Rusiya qalib gəlir, Çin də məğlub olur.

Bununla birlikdə, koronavirusa görə, Çinin enerji istifadəsini 70% azaldıblar. Buna görə də, Rusiya nefti sata bilməyib. Qiymətlər də düşüb. Hər kəs məğlub olandan sonra vəziyyətə yenidən baxıldı. Qalib Dərin ABŞ oldu.

Bu günkü vəziyyət belədir. Sabah nə baş verəcəyi bilinmir. Çin geri qayıdıb ABŞ-ın axırına çıxmaq üçün hərəkətə keçərmi? Gözləyib görəcəyik. Amma qlobal oyun qurularkən belə Türkiyə mərkəzdədir. Çünki Türkiyəyə hər zaman çox ehtiyac duyulub.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar