Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin ABŞ-ın yeni gündəliyində artıq Trampa yer yoxdur?..

Dərin Amerika öz gücünü heç kimlə bölüşmək istəmir, tək olmaq niyyətindədir. Ona görə, Demokratlar və Respublikaçılar arasındakı ayrı-seçkilik də mahiyyət etibarilə yox olacaq. Bu da təbii olaraq hər bir ölkəni sarsıdacaq...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 10 iyun 2020-ci il

ABŞ-dakı xaos və mübarizə dünyada bir müharibə kimi əks olunur və bizim kimi adi insanlar nə baş verdiyini anlamaqda çətinlik çəkirlər. Çünki bizə çatan bütün məlumatlar aysberqin görünən üzüdür. Bu məlumat dənizi içində ən doğru xəbəri tapmaq əvvəlkindən daha çətindir. Ölkə rəhbərliyində olan və hətta ölkələrin taleyini həll edən nüfuzlu şəxslərin belə nə qədər az şey bildiyini öyrəndim.

Mərhum Aytaç Yalman Paşanın “Əsrlik Qütbləşmə” kitabının arxasındakı bu yazı ilə fikrimi daha dəqiq çatdıra bilərəm:

“Sovet İttifaqının dağılması və Soyuq Müharibənin bitməsi ilə baş verən siyasi və hərbi dəyişiklikləri yaxşı başa düşdüyümüzü deyə bilmərəm. Beynəlxalq təşkilatların paradiqması ilə milli maraqlarımız arasındakı münasibətləri həqiqi şəkildə araşdıra bilmədik. Dəyişən təhdid anlayışına uyğun olaraq sağlam bir qiymətləndirmə apara bilmədiyimizi demək məcburiyyətindəyəm”.

Türkiyə Silahlı Qüvvələrinin iki nömrəli siması bunları yazıb. Onların üstün xidməti və cəsarət medalları var idi. İki dəfə də fəxri qızıl medalla təltif edilmişdi. Amma yazıları ilə çox vacib bir məsələni tənqid edirdi. Yəni gözümüzdən qaçan problemlərə işıq tuturdu. Çünki Osmanlıdan sonrakı Türkiyə oyun qurmağı unutduğu üçün yalnız tələlər vasitəsilə mübarizə apara bilirdi. İçəridəki zəif düşüncə ucbatından qurulan oyunları başa düşmək üçün xeyli vaxt lazım olurdu.

Həmin vaxtı Türkiyə iqtisadi, texnoloji və siyasi olaraq dövrə uyğunlaşmalı idi. İndi isə yeni bir yol, yeni bir dünya nizamı qurulur. Koronavirus bunun ilk işarəsidir və ardı da gələcək. Təbii ki, başqa üsullardan da istifadə olunacaq.

Məsələn, Anadolunu parçalayanlar neftdən heç nə danışmırdılar. Üsyan edənlər də bunu da bilmirdilər. İçəridə də heç kimin bundan xəbəri yox idi ki, digərlərinə də xəbər versin. Dövrə uyğunlaşmaq mümkün olmamış və torpaqlar da itirilmişdi.

İndi isə gəlin bu günə baxaq. Yenidən ABŞ-dakı sərt mübarizədən danışaq, çünki ordakı vəziyyətin Türkiyəyə də təsir edəcəyini düşünürəm. ABŞ həm öz daxilində, həm də xaricdə Avropa ilə mübarizə aparır. Çinə baxanda və ABŞ-ı qarışdıranlara diqqət yetirdikdə də Avropanı görürük.
Neçə gündür “Council for National Policy” (Milli Siyasət Şurası) barədə danışıram. Çünki oyun da, oyunçular da dəyişir.

Milli Siyasət Şurasının vitse-prezidenti Bil Uoltondur. O, bəlkə də, bu quruluşun ən rəngli simasıdır. Maliyyə dünyasını çox yaxşı bilən və enerjinin istiqamətini müəyyənləşdirən Bil Uolton Tramp seçkini qazandıran qüvvə idi.
Çox da dilə gətirilmir, amma əsl qəhrəman odur.

Tez-tez yazdığım kimi, Stiv Bennon səhnə qarşısında olsa da və yaxud da mediaya təqdim edilən təşviqat direktoru kimi Stiv Bennon göstərilsə də, onu bu vəzifəyə gətirən və 3 ay yanında dayanan dəfə Bil Uolton idi.

Bu gün isə Trampın təbii olaraq Ağ Evin koronavirus prosesində Dünya Səhiyyə Təşkilatı ilə mübarizə aparmasını istəyən də Bil Uolton idi. Çünki Milli Siyasət Şurası Amerikanın səhiyyə sistemini Ümumdünya Səhiyyə Təşkilatından almaq istəyirdi. Koronavirus da bunun üçün böyük şans idi. İşin bu tərəfi barədə heç danışılmır. Prezident Tramp deyilənləri əməl edərək Ümumdünya Səhiyyə Təşkilatını günahkar elan edib.

Tramp bu mövzuda verdiyi bütün açıqlamalarda haqlı idi. Çünki Ümumdünya Səhiyyə Təşkilatı Ağ Evin gücündən istifadə edirdi. ABŞ-ın hər ölkəyə girməsinə imkan verən bir quruluşa bənzəsə də, ÜST Vaşinqtona qarşı idi.

Bu təşkilat Trampın qətiyyətli mövqeyi ilə öz böyük gücünü itirdi. Ancaq Tramp Ümumdünya Səhiyyə Təşkilatına bağlı olan çox ciddi amerikalı simaları vəzifədən azad edərkən onların yerinə Milli Siyasət Şurasının istədiyi şəxsləri deyil, öz istədiyi adamları gətirib. Bu, Milli Siyasət Şurasında təəccüb doğursa da, bir səhv kimi qəbul edilib. Ancaq Tramp öz sistemini qurur. O, Milli Siyasət Şurasına da əhəmiyyət vermir. Prezident Tramp bir yerə qədər gedir və sonra öz yolunu cızırdı. Milli Siyasət Şurası da dərhal hərəkətə keçdi, iğtişaşlarla küçələrə axışdı və aksiyaların istiqamətini Ağ Evə doğru çevirdi. Hətta bütün nifrəti Trampın yanında gətirdi. Artıq Trampın yanında dayanan Milli Siyasət Şurası bu sarı saçlı kişinin axırına çıxmaq üzrədir. Bunu başa düşmək çətin deyil.

Qeyd etmək lazımdır ki, artıq bir çox Respublikaçı da Baydeni dəstəklədiyini bəyan edib. Deməli, Bayden Demokratların namizədi olsa da, Respublikaçı quruluşun əmrinə keçə bilər. Çünki ən çox güvəndiyi və məsləhət aldığı insan Kok ailəsində böyüyüb. Bu ehtimal ciddi əks-səda doğuracaq.

ABŞ-ın keçmiş dövlət katibi Kolin Povel: “Trump yalançıdır, həm də böyük bir təhlükədir. ABŞ-ın gələcəyi üçün Co Baydenə səs verəcəyəm”, deyib.

Bəs Kolin Povel kimdir? O, hələ de Respublikaçılar Partiyasının ən nüfuzlu simasıdır. Həmçinin, Milli Siyasət Şurasının gizli üzvüdür. Cim Metisin “Tramp ölkəni bölməyə çalışır” sözlərini də Povelin yanında qoysaq, Tramp üçün necə çətin bir dövrün başladığını görə bilərik.

Kolin Povel 1981-ci ildə qurulan Milli Siyasət Şurasının ilk iclasında ən çox danışan insandır. 1981-ci ildəki iclasdakı çıxışında Kolin Povel 1983-cü ildə Qrenadanın işğal ediləcəyini və 1986-cı ildə Liviyaya ən ağır hava hücumunun edilməli olduğunu bildirmişdi. Kolin Povelin dediyi kimi, 2 il sonra Qrenada işğalı edildi və 1986-cı ildə Liviyaya qarşı hava hücumu başladı.

Prezident Reyqan da, Milli Siyasət Şurasının ən vacib dəstəkçisi idi və Kolin Poveli gücləndirən şəxs idi. Qaradərililəri sevməyən Milli Siyasət Şurası Kolin Poveli seçmişdi. Çox maraqlıdır ki, Milli Siyasət Şurası bir hüceyrə quruluşu kimi bütün dünyaya yayıldı.

Əlbəttə ki, hər dünyanı idarə etməyə çalışan hər struktur üçün məxfilik əsas prioritetdir. Milli Siyasət Şurası da ABŞ-da yaradıldıqdan sonra dahiyanə qərarlar verməklə daha da böyüdü. Təbii olaraq, onun quruluşu o qədər xüsusi idi ki, böyüməsi də qaçınılmaz idi. Əvvəlcə 50 ştata, 304 şəhərə, sonra bütün BMT üzvü ölkələrində Milli Siyasət Şurasını görürdük. Həmçinin, Türkiyə də bura daxil idi. İldə 3 dəfə Nyu-Yorkda ya da Vaşinqtonda keçirilən Milli Siyasət Şurası toplantılarından başqa, qitə liderləri də yığıncaqlar keçirərdi.

Unutmayaq ki, Milli Siyasət Şurası da ən azı ABŞ qədər Avropaya önəm verərdi. Buna görə, xüsusi görüşlər keçirilirdi və ölkələrin taleyi müəyyən edilirdi. İndi isə yeni bir dövr başlayıb. Avropalı ailələrin yaratdığı güclə bu qüvvə ziddiyyət içindədir. Hər şeyin çox yaxşı başa düşülməli olduğu bir zamandayıq. Dərin Amerika öz gücünü heç kimlə bölüşmək istəmir, tək olmaq niyyətindədir. Ona görə, Demokratlar və Respublikaçılar arasındakı ayrı-seçkilik də mahiyyət etibarilə yox olacaq. Bu da təbii olaraq hər bir ölkəni sarsıdacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ÜST Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar