Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dərhal Dağlıq Qarabağı Azərbaycandan götürün…”- Yakovlev

Dekabrın 10-da 11-nə keçən gecə “Rossiya 1” telekanalında “SSRİ-siz 28 il, SSRİ-nin dağıdılması necə hazırlanırdı” mövzusunda tok-şou olub...

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, 1990-cı ildə o vaxtkı sovet Rusiyasının Ali Sovetinin deputatı seçilmiş rusiyalı tanınmış siyasətçi və ictimai xadim Sergey Baburin SSRİ-nin qəsdən, Mixail Qorbaçov tərəfindən dağıdıldığını bildirib. Və bu məqsədlə Dağlıq Qarabağ münaqişəsinin bilərəkdən qızışdırıldığını açıqlayıb.

Baburin deyib: “Keçmiş sovet respublikalarındakı bütün o separatçı hərəkatları, xalq cəbhələrini kim yaratmışdı? Moskvadan, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinin kuratorluğu altında yaratmışdılar. Onlar bu hərəkatların toxumunu əkdilər, möhkəmləndirdilər və tapşırdılar: “çalxalayın”. Erməniləri Dağlıq Qarabağı götürməyə çağıran, azərbaycanlıları isə Dağlıq Qarabağı verməməyə səsləyən kim idi? Mərkəzi Komitəsinin Siyasi Bürosundan, o vaxt cənab Yakovlev (Siyasi Büro üzvü) Yerevana getdi və dedi: “Dərhal qərar qəbul edin və Azərbaycandan Dağlıq Qarabağı götürün!”

Rusiyalı siyasətçi onu da deyib ki, SSRİ-nin dağıdılması prosesinə 1986-cı ildən start verilmişdi, ölkəni içəridən məhv etmək üçün iş başlamışdı...

Onun sözlərinə görə, Qorbaçov bilərəkdən Varşava müqaviləsini buraxdı. Bu haqda o, Maltada, sualtı qayıqda Buşla (ABŞ prezidenti) keçirilən görüşdə anlaşıb...

“Məsələn, mən Teodor Jivkovdan öyrənə bilmişdim ki, (kommunist Bolqarıstanının rəhbəri olub) Moskvadan onun devrilməsini necə təşkil etmişdilər. Onu təntənə ilə pensiyaya yola salana isə Qorbaçov Jivkovun devrilməsinə rəhbərlik edən adamı yanına çağırıb, söyüşlə ona izah edib ki, dərhal Jivkova qarşı cinayət işi qaldırmaq lazımdır, onu həbs etmək lazımdır...Mən hələ onu demirəm ki, Çauşeuskunun (Rumıniya diktatoru) devrilməsini və güllələnməsini də Qorbaçov təşkil etmişdi. Əvvəl elə bilirdim ki, bunu edən amerikalılardır, amma indi əminəm ki, amerikalılar sadəcə olaraq bunun əleyhinə çıxmayıblar...”-Baburin deyib.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar