Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Deputatlığa namizədin meyxanalı roliki - Video

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd Əzimağa İbrahimov təbliğat və təşviqat kampaniyasında meyxanaya müraciət edib...

Meyxana ustadları Rəşad Dağlı və Rüfət Nasosnu Əzimağa İbrahimovun təbliğatına həsr olunmuş meyxana deyiblər. Həmin meyxananın müşayiəti ilə namizədin reklam çarxı hazırlanıb.

Əzimağa İbrahimov namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. O, “Azərbaycan Dəmir Yolları” QSC-də hüquq şöbəsinin rəisi vəzifəsində çalışır.

Bəzi iddialara görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da onun deputat seçilməsinə çalışır. Bu dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidir. Dairədə güclü namizədlərdən biri də şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarovadır. O, Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarovun bacısıdır.

Bu dairədən deputat Hacı Salayev də namizədliyini irəli sürmşüdü. Lakin o bir neçə gün əvvəl açıqlama verərək namizədliyini geri götürdüyünü deyib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar