Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Deputatlığa namizəddən kobud qanun pozuntuları-Foto,Video

Deputatlığa namizəd Eldar Quliyev rektor olduğunu gizlədib.Mərkəzi Seçki Komissiyası təcili araşdırmalara başlamalıdır...

PİA.az xəbər verir ki, 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Eldar Quliyev Maştağada qəsəbəsinin Mədəniyyət evində Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüşü zamanı ciddi qanunpozuntularına yol verməklə bərabər dövlətin iqtisadi-sosial siyəsətini özünün fəaliyyəti kimi təqdim edib.

Belə ki,o hətta bir qədər də irəli gedərək deyib ki,depuatı olduğu kəndlərin problemlərinin həlli ilə bağlı mən şəxsən prezident qarşısında məsələ qaldırmışam və 25 milyard manat pula ayrılıb.Bəli,düz oxudunuz,25 milyard manat…Azərbaycanın dövlət büdcəsindən çox…Özü də indi yoxa ha,düz 10-15 il bundan öncə…(Videonun 4:06-cı dəqiqəsindən 5:04-cü dəqiqəsinə diqqətlə dinləyin)

Böyük alim(?), “qayğıkeş rektor” Eldar müəllimin “danılmaz və əvəzedilməz xidmətləri” bununla da bitməyib.Deputatlığa namizəd heç çəkinmədən dövlət proqramı çərçivəsində və dövlət vəsaiti hesabına çəkilmiş yolları,tikilmiş məktəbləri,təmir olunmuş poliklinkanı,fasiləsiz elektirik enerjisi ilə təminatın ödənilməsi üçün 60 ədəd yeni transformatorun qoyulmasını da özünün və dostu Balababa Rzayevin fəaliyyəti kimi təqdim edib.Bununla da müstəqil namizəd ölkə başçısının bilavəstiə iradəsi ilə həyata keçirilən və dövlət siyasətinin tərkib hissəsi olan işlərin üstündən xətt çəkib.Sanki bu kişi olmasaymış Sabunçu rayonunun bu kənd və qəsəbələri batıb gedəcəkmiş… …(Videonun 7:29-cu dəqiqəsindən 10:50-ci dəqiqəsinə diqqətlə dinləyin)

Seçicilərini göz görə-görə aldadan sabiq millət vəkili,hazırkı deputatlığa namizəd Eldar Quliyevin nəzərinə çatdıraq ki,2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat məbləğində təsdiq edilib.

Deputatlığa namizəd Eldar Quliyev “unikal” bacarığı ilə dövləti də alda bilib.O,MSK-ya verdiyi məlumatda iş yerini və vəzifəsini gizləyib.Belə ki,Eldar Quliyev iş yeri və vəzifə kimi Azərbaycan Respublikası Milli Məcilisinin Aqrar Siyasət Komitəsinin sədr müavinliyini göstərib.Nədənsə,Korperasiya Universitetinin rektoru olmasını gizlədib.

Movcud qanunvericiliyə görə rektorlar deputat ola bilməz.Əgər deputat olmaq istəyirsə və yaxud da deputatdırsa rektorluqdan istefa verməlidir.Ancaq hörmətli Eldar müəllimin arxasında hansı gözəgörünməz güclər dayanıbsa bu kişi qanunları heçə sayıb.Rektor kimi fəaliyyətini davam etdirən Eldar Quliyev hətta,10 yanavr 2020-ci ildə əmr də imzalayıb.

Həmin əmrin fotosunu təqdim edirk:

Yəqin ki,Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozan deputatlığa namizəd Eldar Quliyevlə bağlı məsləni ədalətli şəkildə araşdıracaq və müvafiq qaydada tədbir görəcək.

Eldar Quliyevin və MSK-nın mövqeyini dərc etməyə hazırıq.(Kanal32.az)

pia.az


Etiket: Eldar Quliyev

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını dəyişdirdi

"Paşinyan bizə o qədər mövzu verib ki..." - Müşviq Abbasov

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra

"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - Video

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin daha bir görüntüsü - Video

Generalların doğulduğu yerlər də işğaldan azad edildi

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

loading...

Ən çox oxunanalar