Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Deputatlığa namizəd Ceyhun Yusifov kimdir? 

Tanınmış vəkilin bioqrafiyası...

18 saylı Nərimanov-Nizami rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış gənc vəkil Ceyhun Yusifov seçki təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərinin marağını nəzərə alaraq, C.Yusifovun bioqrafiyasını təqdim edirik.

C.Yusifov 25.04.1980-ci ildə Qərbi Azərbyacandanda ziyalı ailəsində dünyaya göz açmışdr. 1988-ci ildə Qərbi Azərbyacandan deportasiya olunmuşdur.

2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirimişdir. Əmlak fəaliyyətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mütəxəssis olaraq başlamışdır. Sonrakı illərdə Nəqliyyat Nazirliyində və Səhiyyə Nazirliyidə hüquqşunas olaraq əmək fəaliyyətini devam etdirmişdir.Həmçinin Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsinin rəisi olmuşdur.

2009-cu ildən etibarən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olaraq, 5 saylı Vəkil Bürosunda Vəkil olaraq fəaliyyət göstərməkdədir. Vəkillilik fəliyyəti dövründə çoxsaylı hüquqşunasların yetişdirilməsində əvəzsiz rolu olmuşdur. Ölkədə ən çox bəraət almış vəkillərdən biridir. Fəaliyyəti dövründə bir çox tanınmış şəxslərə hüquqi yardım göstərmiş, o cümlədən ictimai rezonans yaratmış işlərdə vəkil kimi çıxış etmişdir.

Eyni zamanda vəkillik fəaliyyəti dövründə Vəkillər Kollegiyası tərəfindən fəxri fərman və yüzillik medalla təltif olunmuşdur. Hal-hazırda vəkillik fəaliyyəti ilə yanaşı Ədliyyə Akademiyasında yeni vəkil namizədlər üçün icbari təlimi tədris etməkdədir. Ailəlidir 2 övladı var.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Ceyhun Yusifov


loading...

Ən çox oxunanalar