Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatların toxunulmazlığı ləğv olunsa...– “Qorxulu tendensiyadır”

“Deputatların toxunulmazlıq hüququnun ləğvini doğru addım saymıram”

PİA.AZ xəbər verir ki, bu sözləri “Yeni Sabah”a keçmiş deputat Nazim Bəydəmirli bildirib.

Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.

Yeni qanun millət vəkillərinin parlamentin razılığı olmadan saxlanılmasını, həbs olunmasını, cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən müddəanın Konstutisiyadan çıxarılmasını nəzərdə tutur.

Nazim Bəydəmirli hesab edir ki, oxşar qanunun Azərbaycanda qəbulu icra hakimiyyəti orqanlarının onlar üzərində təsirini daha da artıra bilər. “Deputatların toxunulmazlıq hüququ millət vəkillərinin icra hakimiyyəti orqanlarının təsir və təzyiqi ilə üzləşməməsi, məmurlarun vəzifə səlahiyyətlərindən istifadə edərək onların üzərində dominantlıq etməməsi üçün düşünülüb.

Dünyanın əksər ölkələrində də bu belədir. Hesab edirəm ki, özünə hörmət edən millət vəkili qanunu pozmaz, əxlaqlı davranar və onun haqqında fakta söykənən hər hansı neqativ məlumat tirajlandığı zaman özü istefa verər. Əsl millət vəkili üçün toxunulmazlığın önəmi yoxdur”, - deyə keçmiş deputat bildirib.

Nazim Bəydəmirli əlavə edib ki, Ukraynada belə bir qanunun qəbul edilməsi müəyyən mənada zərurətdən doğur: “Uzun illər Ukraynada korrupsiya halları baş verib. Deputatlar toxunulmazlıq statusundan istifadə edərək qanunsuz işlərlə məşğul olublar və Ukrayna cəmiyyətində onlar haqqında mənfi imic formalaşıb. Digər tərəfədən burada Rusiya faktoru var. Bu ölkənin təsir dairəsində olan deputatlar var. Görünür, qanun qəbul ediləndə bütün bunlar nəzərə alınıb.

Deyə bilərsiniz ki, Azərbaycanda da bəzi deputatlar qanunsuz işlərlə məşğul olur və s. Doğrudur, bu gün Milli Məclisdə təxminən 35-40 deputat iki vəzifə daşıyır. Onlar müxtəlif dövlət qurumlarında, səhmdar cəmiyyətlərdə, dövlət şirkətlərində yüksək vəzifə tutular. Bu Konstitusiyaya ziddir. Bununla belə, mən indiki vəziyyətdə deputatların toxunulmazlıq hüququnun ləğvini qorxulu tendensiya hesab edirəm.

Onsuz da bəzi məmurlar millət vəkillərilə hesablaşmırlar. Toxunulmazlıq hüququ ləğv ediləcəyi təqdirdə ən xırda məmur belə deputatlara təsir etmək imkanı əldə edəcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar