Çərşənbə axşamı, 10 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Deputatlarımızın Primakov sevgisi – Qalmaqal

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ətrafında qalmaqal böyüyür...

Artıq ziyalılar və bəzi ictimai birliklər öz mövqeyini açıq şəkildə ortaya qoyublar.
Sosial şəbəkələrdə isə məsələ ətrafında daha gərgin müzakirələr gedir.

PİA.az xəbər verir ki, BakuPost məsələnin aktuallığını nəzərə alaraq, bəzi məsələləri dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, universitet rəhbərliyinin təşkil etdiyi təmtəraqlı mərasimində Milli Məclisin 3 deputatı – Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova da iştirak edib.

Bu deputatların üçü də 3-ü də AŞPA-dakı nümayəndə heyətimizin üzvüdür. Ölkəmizin beynəlxalq qurumlarda milli, dövlətçilik maraqlarını qorumalı olan deputatlar Bakıda insanlarımızın qanına əl batmış bir şəxsin anım mərasiminə qatılması yəqin ki, birmənalı qarşılanmayacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar