Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar parlamentdə Türkiyəyə təşəkkür ediblər

Azərbaycan əsgəri düşməni pərən-pərən salır, həmin ərazilərə üçrəngli bayrağımızı sancır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, hazırkı məsuliyyətli dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə hökuməti, xalqı Azərbaycanın yanındadır: “Bəzi dövlətlər bu gün Azərbaycana təzyiqlər göstərməyə çalışır. Türkiyə bütün dünyada diplomatik sahədə Azərbaycanın haqq işini təbliğ etməkdədir. Ordumuzun peşəkarlığının artmasında da Türkiyə ilə birgə keçirilən hərbi təlimlər rol oynayır. İşğal altında olan torpaqlarımızı işğaldan azad edən hərbçilər arasında da Türkiyədə təhsil alanlar var. İtkilərimizin qarşısının alınması üçün istifadə olunan “Bayraktar” PUA-ları da Türkiyədən alınıb”.

İclasda çıxış edən deputat Qənirə Paşayeva isə deyib ki, Azərbaycan tarixində yeni, şanlı və şərəfli səhifələr yazılır.

O bildirib ki, son 100 ildə ilk dəfə Azərbaycan itirdiyi torpaqlarını geri alır: “Bu gün Azərbaycanın xalqının haqq səsini dünyaya qardaş Türkiyənin televiziyaları çatdırır. Mən onlara təşəkkür edirəm. Eyni zamanda qardaş Pakistana təşəkkür edirəm. Onlar rəsmi dəstəkləri ilə bərabər, Tvitter səhifələrində də Pakistanın rəsmiləri Azərbaycanın haqq səsini dünyaya çatdırır. Biz özümüz də informasiya müharibəsində daha fəal olmağa çağırıram. Xüsusilə Rusiyada, Fransada yaşayan ziyalılarımızdan bunu gözləyirik”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Ən çox oxunanalar