Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

Millət vəkilləri final qarşılaşmasının nəticələrini necə qiymətləndirirlər?

Mayın 29-dan 30-na keçən gecə Azərbaycan daha bir nüfuzlu yarışa, UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahibliyi etdi. Qarşılıqlı hücumlar şəraitində keçən final qarşılaşması “Çelsi”nin möhtəşəm qələbəsi – 4:1 hesabı ilə başa atdı.

Gözəl oyun sayəsində “Çelsi” Avroliqanın kubokunu qazandı.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili Sahib Alıyev bildirib ki, son günlər “Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı.

“Çelsi”nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oyununu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində qələbəsi kimi baxıram. “Human Rights Watch”, “Amnesty International”da da bunu bilməmiş olmasınlar gərək”, - deyə o əlavə edib.

Millət vəkili Tahir Mirkişili bildirib ki, burada ən böyük qalib Azərbaycandır:

“Çirkin siyasi oyun əvəzinə gözəl futbol oyunu oynamaq lazım idi, cənablar! Haqsız olanlar sonda uduzurlar, böyük hesabla, bu gecədəki kimi! Gecənin ən böyük qalibi Azərbaycandır! Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”

Deputat Fazil Mustafa qeyd edib ki, onun verdiyi proqnoz düz çıxıb, “Çelsi” qalib gəlib:

“Demişdim ki, “Çelsi” 3-2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, “Çelsi” qazansın. Buyurub bütün “Arsenal”lılar erməni formasını geyinsin, üstəlik, yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar.

Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə “Çelsi”yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!”

Millət vəkili Qənirə Paşayeva isə bunları deyib:

“Təbriklər, “Çelsi” və təşəkkürlər, Azərbaycan! “Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim. “Arsenal” klubunun heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etməsi hamımızı hiddətləndirmişdi.

İndi oturub o erməni oyunçu, ermənilər ve böhtançılarla biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar. Qələbəyə görə “Çelsi”ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər!

Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavab verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar