Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Deputatın şirkətində işçilərə kölə münasibəti...

"Sizə yazan "Azəraqrartikinti" ASC-nin fəhlə heyətidir. Biz müdiriyyət tərəfindən təzyiqlər olacağından və işdən çıxarılaraq bir tikə çörəyimizdən olacağımızın qorxusundan sizə anonim formada yazırıq"

Bu sözlər redaksiyamıza daxil olan müraciətdə yer alıb.

Narazı vətəndaşlar yazır: "40-45 dərəcə istidə bizləri Gəncənin küçələrində qul kimi işlədirlər, nə istirahətimiz var nə də təqvimə uyğun istirahət və bayram günləri imkan vermirlər ki, istirahət edək. Tozun torpağın içində, dözülməz istidə, susuz, şəraitsiz formada işləyirik. Səsimi qaldıranda adımızı "təxribatçı" qoyub işdən çıxardırlar. Bizim səsimiz çıxmasın deyə hamımıza işə girmə və işdən öz xahişimizlə azad olunma ərizələrini imzalatdırıblar. Ərizələrdə tarix açıq saxlanılıb, kefləri istəyəndə rahat çıxartsınlar deyə.....

Bu yaxınlarda fəhlə yoldaşımızın əli şikəst oldu, ona lazımi tibbi yardım göstərilmədi, hadisənin üstünü ört-basdır elədilər. İxtisassız və işdən başı çıxmayan adamları bizə rəhbərlik etməyə qoyublar. İş sahələrində müxtəlif bədbəxt hadisələr olur, hamısını gizlədirlər. Keyfiyyətsiz yemək verilir, şikayətimizə baxan yoxdur.

Deputat Ağalar Vəliyevə məxsus şirkətdə baş verən özbaşınalıq halları barədə dəfələrlə deyilib, heç kim yoxlamır bizim güzəranımızı. Gəlin özünüz sahələrə, görün biz fəhlələr nələr çəkirik, bizi insan sayan yoxdur. Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin! "Fəhlə, sən də özünü insanmı sayırsan?"

Biz qanunla bizə düşən istirahət günlərini və müqavilədə yazılan 8 saatlıq iş rejimini tələb edirik! Əks halda səsimizi dövlər rəhbərinə çatdırmaq üçün Bakıya gələcəyik. Qul kimi işləyirik...."(dia.az)

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

pia.az


Şərh yazın.

loading...