Çərşənbə, 27 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Deputatın qardaşı qızı jurnalistin 4 il həbs olunmasını tələb edir 

Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatma Quliyeva jurnalist Aygün Süleymanlının (Muradxanlı) 4 il həbsdə saxlanmasını istəyir...

Bu tələblə də xüsusi ittiham qaydasında iddia qaldırıb. Jurnalistin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılmasını tələb edən F.Quliyevanın iddiasına Yasamal rayon Məhkəməsində baxılacaq.

Kollec rəhbəri A.Muradxanlı ilə yanaşı, aktualinfo.org saytının rəhbəri Tahir Məmmədovun da eyni şəkildə cəzalandırılmasını istəyir. Bu üzdən iddiasında cavabdeh kimi onun da adı yer alıb.

F.Quliyeva iddia edir ki, bu saytda «Eldar Quliyevin deputatlıq sevdası və Kooperasiya Universitetinin gizlinləri» başlıqlı məqalədə onun haqqında yazılanlar yalandır. Həmin məlumatları da bu saytın elektron poçtuna A.Muradxanlının göndərdiyini düşünür. Şübhələrini də belə əsaslandırır ki, A.Muradxanlı özünün Facebook səhifəsində də onun əleyhinə yazılar paylaşıb.

F.Quliyeva növbəti dəfə 28 saylı Sabunçu seçki dairəsindən deputat olmuş, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qardaşı qızıdır. Sözügedən yazıda deputat və qardaşı qızının rəhbərlik etdiyi təhsil ocaqlarında rüşvətxorluq halları, özbaşınalıqlardan bəhs olunur.

A.Muradxanlı fevralın 9-da keçirilmiş parlament seçkisində 28 saylı seçki dairəsindən deputatlığa namizəd kimi E.Quliyevin rəqibi idi. Deyir ki, F.Quliyeva ilə aralarındakı problem də elə səsvermə günü olub. Həmin gün 28 saylı dairənin 13 saylı seçki məntəqəsində müşahidəçilərinin təzyiqə məruz qaldığını deyən A.Muradxanlı oradakı olayların videosunu yayıb: «Fatma Quliyeva mənim hədəfimdə deyil, olmayıb da. 28 saylı dairənin məntəqələrində, o cümlədən 13 saylıda Eldar Quliyevin xeyrinə «karusel» eləyirdilər. Fatma Quliyeva da orada idi. Mənim müşahidəçilərim bunu çəkəndə onlara hücum elədilər. Təzyiqə məruz qalanlardan biri də qızım idi. Bütün baş verənlər, həmçinin Fatma Quliyevanın davranışı da yayılan videolarda əks olunub. Həmin olaylarla əlaqədar prokurorluğa şikayət etsək də, hələlik, heç bir nəticə yoxdur».

F.Quliyeva iddia ərizəsində bu barədə də yazıb. Bildirib ki, seçkidə əmisi E.Quliyevin səlahiyyətli nümayəndəsi olub və A.Muradxanlını da səsvermə günü məntəqədə görüb: «Mən məntəqədə qanun çərçivəsində səsverməni müşahidə etmişəm. Seçki prosesinə müdaxilə etməmişəm. Heç bir hüquqazidd əməl törətməmişik».

A.Muradxanlı vurğulayır ki, onun hansısa sayta E.Quliyev və qardaşı qızı haqqında məlumat ötürməsi haqda iddia ərizəsində yazılanlar absurddur. Deyir ki, nə elə bir saytı tanıyır, nə də iddiada bəhs olunan yazıdan məlumatı var.

Bu iş üzrə məhkəmə iclası martın 31-nə təyin edilib. Amma sonradan Ali Məhkəmənin Plenumu Azərbaycanda məhkəmə iclaslarının aprelin 20-nə qədər təxirə salınması haqda qərar verib. «Yəqin ki, məhkəmə keçirilməyəcək. Ancaq qarşı tərəfdən də nüfuzlu adamların vasitəsilə barışıq təklifləri var. Şərt qoyurlar ki, mən də təkzib verim. Mən nəyi təkzib etməliyəm? Bu da məlum deyil...», – A.Muradxanlı bildirir. (Azadliq.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Təhsil Nazirliyindən məktəblərlə bağlı vacib xəbər 

Sabiq deputatdan : “Məlahət Abbasova yalnız bir tualet kağızının reklamına çəkilib...”

Borcunu vermək istəməyən abonent "Azərişıq" -ın əməkdaşlarını güllələdi - Yenilənib

Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj - Video

Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet...

İqbal Ağazadə: “Biz ədaləti Şuşada satılan gördük”

Kanaldan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub

“Prezident belə biabırçılığa dözən adam deyil”  - Çingiz Abdullayev

Zakir Qaralov barəsində cinayət işi başlana bilər – Məhkəmə vəsatəti qəbul etdi

Elmar Məmmədyarov Nyu-Yorkdakı mənzilində hansı adla qeydiyyatdadır?

“Hüquq mühafizə orqanlarına müraciət edəcəm” - Elvin əsəbiləşdi

Vəzirov danışdı və ermənilərə “vəhşi” dedi...

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay