Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın qardaşı qızı jurnalistin 4 il həbs olunmasını tələb edir 

Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatma Quliyeva jurnalist Aygün Süleymanlının (Muradxanlı) 4 il həbsdə saxlanmasını istəyir...

Bu tələblə də xüsusi ittiham qaydasında iddia qaldırıb. Jurnalistin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılmasını tələb edən F.Quliyevanın iddiasına Yasamal rayon Məhkəməsində baxılacaq.

Kollec rəhbəri A.Muradxanlı ilə yanaşı, aktualinfo.org saytının rəhbəri Tahir Məmmədovun da eyni şəkildə cəzalandırılmasını istəyir. Bu üzdən iddiasında cavabdeh kimi onun da adı yer alıb.

F.Quliyeva iddia edir ki, bu saytda «Eldar Quliyevin deputatlıq sevdası və Kooperasiya Universitetinin gizlinləri» başlıqlı məqalədə onun haqqında yazılanlar yalandır. Həmin məlumatları da bu saytın elektron poçtuna A.Muradxanlının göndərdiyini düşünür. Şübhələrini də belə əsaslandırır ki, A.Muradxanlı özünün Facebook səhifəsində də onun əleyhinə yazılar paylaşıb.

F.Quliyeva növbəti dəfə 28 saylı Sabunçu seçki dairəsindən deputat olmuş, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qardaşı qızıdır. Sözügedən yazıda deputat və qardaşı qızının rəhbərlik etdiyi təhsil ocaqlarında rüşvətxorluq halları, özbaşınalıqlardan bəhs olunur.

A.Muradxanlı fevralın 9-da keçirilmiş parlament seçkisində 28 saylı seçki dairəsindən deputatlığa namizəd kimi E.Quliyevin rəqibi idi. Deyir ki, F.Quliyeva ilə aralarındakı problem də elə səsvermə günü olub. Həmin gün 28 saylı dairənin 13 saylı seçki məntəqəsində müşahidəçilərinin təzyiqə məruz qaldığını deyən A.Muradxanlı oradakı olayların videosunu yayıb: «Fatma Quliyeva mənim hədəfimdə deyil, olmayıb da. 28 saylı dairənin məntəqələrində, o cümlədən 13 saylıda Eldar Quliyevin xeyrinə «karusel» eləyirdilər. Fatma Quliyeva da orada idi. Mənim müşahidəçilərim bunu çəkəndə onlara hücum elədilər. Təzyiqə məruz qalanlardan biri də qızım idi. Bütün baş verənlər, həmçinin Fatma Quliyevanın davranışı da yayılan videolarda əks olunub. Həmin olaylarla əlaqədar prokurorluğa şikayət etsək də, hələlik, heç bir nəticə yoxdur».

F.Quliyeva iddia ərizəsində bu barədə də yazıb. Bildirib ki, seçkidə əmisi E.Quliyevin səlahiyyətli nümayəndəsi olub və A.Muradxanlını da səsvermə günü məntəqədə görüb: «Mən məntəqədə qanun çərçivəsində səsverməni müşahidə etmişəm. Seçki prosesinə müdaxilə etməmişəm. Heç bir hüquqazidd əməl törətməmişik».

A.Muradxanlı vurğulayır ki, onun hansısa sayta E.Quliyev və qardaşı qızı haqqında məlumat ötürməsi haqda iddia ərizəsində yazılanlar absurddur. Deyir ki, nə elə bir saytı tanıyır, nə də iddiada bəhs olunan yazıdan məlumatı var.

Bu iş üzrə məhkəmə iclası martın 31-nə təyin edilib. Amma sonradan Ali Məhkəmənin Plenumu Azərbaycanda məhkəmə iclaslarının aprelin 20-nə qədər təxirə salınması haqda qərar verib. «Yəqin ki, məhkəmə keçirilməyəcək. Ancaq qarşı tərəfdən də nüfuzlu adamların vasitəsilə barışıq təklifləri var. Şərt qoyurlar ki, mən də təkzib verim. Mən nəyi təkzib etməliyəm? Bu da məlum deyil...», – A.Muradxanlı bildirir. (Azadliq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar