Mirzəcan Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib
Müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin V çağırışının deputatıdır. (AzərTac)
pia.az