Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputata məxsus “Porsche” ilə piyadanı vuran sürücünün məhkəməsi başlayır

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abbasovun və Azər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi materialları araşdırılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının, 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşib. Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

O da məlum olub ki, “Porsche Cayenne GTS” markalı avtomobil deputat Cavanşir Feyziyevin adınadır.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar