Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Təkcə cərimə yox, inzibati həbs və ya cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

“Mağazalardakı ajiotaj hökumətə inamsızlıq məsələsi deyil, sırf psixoloji məqamla bağlıdır”...

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, iyunun 5-də paytaxt marketlərində baş verən hallarla bağlı yayılmış videoları təəssüflə izlədiyini bildirib: “Marketlərin birində çörək üstündə problem yaşanması kimi görünütlər var. Bu təəssüf doğurur. İki gün üçün bu qədər hazırlığa ehtiyac yoxdur və vəziyyət də buna əsas vermir. Ölkədə ərzaq təminatı kifayət qədərdir, ajiotaja, təşvişə, narahatlığa da əsas yoxdur”.

Onun fikrincə, digər tərəfdən həqiqətən də həmin bazarlıqlarda sosial məsafənin gözlənilməməsi, maska taxılmaması yeni yoluxmalara əsas ola bilər: “İnsanlarmız nə üçünsə dükanların iki gün işləməməsini fəlakət kimi qəbul ediblər. Bizim problemimiz elə bu sayaq davranışlardan qaynaqlanır. Cəmiyyətdə problemi də bu düşüncədə olanlar yaradırlar”.

O, hesab edir ki, bu kəsimlə maarifləndirmə işi aparmaqla birgə, həm də qanunun gücündən istifadə olunmalıdır. Deputatın fikrincə, Operativ qərargahın tələblərinə əməl etməyənlər qanunun sərt üzü ilə rastlaşdıqdan sonra deyilənlərə əməl etməli olacaqlar: “Görünür, bu məsələdə də səliqə-sahman yaradılması üçün polisin yardımına ehtiyac olacaq. Yəni insanaları az saylı qruplar şəklində, sosial məsafəni qorumağa, maska taxmağa riayət edərək dükanlara buraxmaq lazım gələcək”.

Deputatın sözlərinə görə, bəzliləri ümumiyyətlə qoruyucu vasitələrdən istifadəni inkar edirlər, bu isə virusun geniş yayılmasına şərait yaradır, buna qarşı sərt mübarizə lazımdır: “Təkcə cərimə yox, inzibati həbs və ya lazım gələrsə cinayət məcəlləsinə uyğun məsuliyyətə cəlb olunmalıdırlar”. (Turan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar