Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Deputat: “Radikal müxalifət çalışır ki, M.Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsin”

"Hesab edirəm ki, insanların sağlamlığı həmin qüvvələri narahat etmir"...

“Bir neçə gün bundan əvvəl əslən azərbaycanlı, Türkiyə vətəndaşı Mübariz Mənsimov həbs edilib. Onun həbsindən sonra bəzi qüvvələr çalışırlar ki, Mübariz Mənsimovun açıqlamalarından öz niyyətləri üçün istifadə etsinlər”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki,Türkiyə demokratik yolda sürətlə addımlayan hüquqi bir dövlətdir:

“Mübariz Mənsimov Türkiyə vətəndaşı olduğu və orada həbs edildiyi üçün onların qanunları qarşısında cavab verməli olacaq. Hazırda həmin iş üzrə istintaq aparılır. İstintaq yekunlaşdıqdan sonra isə onun hərəkətlərinə düzgün hüquqi qiymət veriləcək və buna hər kəs hörmətlə yanaşmalıdır.

Onun sözlərinə görə, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla mübarizə aparılır:

“Belə bir vaxtda Mübariz Mənsimovun açıqlamalarından istifadə edən bəzi qüvvələr Azərbaycanda koronavirusla mübarizə ilə bağlı elan olunmuş fövqəladə vəziyyətdə insanları aksiyaya çıxmağa çağırırlar. Belə bir zamanda müəyyən qüvvələr, radikal müxalifət çalışırlar ki, öz çirkin niyyətlərini həyata keçirsinlər. Hesab edirəm ki, insanların sağlamlığı həmin qüvvələri narahat etmir”.

C.Osmanov qeyd edib ki, son illər Mübariz Mənsimovun müəyyən iqtisadi layihələri çox uğursuzluqla yekunlaşıb:

“Nəticədə isə onun çoxlu sayda borc öhdəlikləri yaranıb. Rusiya mətbuatından da aldığımız məlumatlar onu göstərir ki, Rusiyada həm dövlət büdcəsindən yayınmalarla bağlı faktlar olub, həm nəhəng şirkətlərdən borclanıb qaytarmadığı faktları olub. Bu da onun həbs olunmasında böyük rol oynayıb. Bu da onun layihələrinin iqtisadi əsaslandırılmasının zəif olduğunu göstərir”. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

Şagirdi ilə intim münasibətdə olan 59 yaşlı müəllim həbs edildi

Karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

loading...

Ən çox oxunanalar