Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat qardaşının borcundan danışdı

Millət vəkili Çingiz Qənizadə qardaşlarının və yaxın qohumlarının banka borcu olması barədə yayılmış məlumatlara aydınlıq gətirib...

PİA.az xəbər verir ki, Çingiz Qənizadə mətbuatdakı məlumatı oxuduqdan sonra qardaşı ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırıb və bununla bağlı Modern.az-a açıqlama verib.

“Bu gün saytların birində belə bir məlumat gedib ki, "Accessbank" mənim qardaşım - Gündüz Qənizadə və ona zamin durmuş Feyruz Qənizadə, M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.

Qeyd edim ki, mənim qardaşım Gündüz Qənizadə uzun illərdir Ağdaş rayonunda diş həkimi kimi fəaliyyət göstərir, 60 yaşı var. O, “Accessbank”dan bir neçə dəfə kiçik məbləğdə kredit götürüb və vaxtında qaytarıb.

Məlumatda adı gedən qohumlarım isə kredit götürülərkən zamin duran şəxslərdir. Axırıncı kredit 17 min manat dəyərindədir və qardaşım kredit şərtlərinə uyğun olaraq, buna görə evini girov qoyub. Götürülmüş kredit onun həkimlik fəaliyyəti ilə bağlı lazımi texniki avadanlıqların alınması üçün nəzərdə tutulub. Məndə olan məlumata görə, o, kreditin bir hissəsini axırıncı inflyasiyaya qədər ödəyib. Sonrakı dövrdə bankla onun arasında fikir ayrılığı yaranıb .

Daha sonra bank qardaşım Gündüz Qənizadəni və yuxarıda adları keçən zamin durmuş digər şəxsləri mülki qaydada məhkəməyə verib. Sonra tərəflər arasında danışıqlar başlayıb və məhkəmədəki mülki iş baxılmamış saxlanılıb.

Onu da qeyd edim ki, bu gün yüz minlərlə insan hər hansı bir işini görmək üçün banklara üz tutur və burada qeyri-adi heç nə yoxdur.

Bu məlumatın mətbuata ötürülməsi görünür ki, məqsədyönlüdür.

Hesab edirəm ki, bu informasiyanı mətbuata ötürərək mənim təmiz reputasiyama kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar