Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Deputat: "Ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni narahat edir"

"Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb"

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun fikrincə, bu, əlbəttə ki, təsadüfi deyil: "Azərbaycan 2019-cu ildə bir sıra mühüm beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da artmasını təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində real nəticələr əldə etməyə çalışacaq, ordu quruculuğu işini davam etdirəcək, sosial islahatları davam etdirməklə, yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq və s. Hazırkı mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar heç şübhəsiz ki, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir".

Deputat qeyd edib ki, ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır:

"Ermənilərin tərəfdarı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları "5-ci kolon" üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq müqaviləsidr. Bunun başlıca səbəbi odur ki, həmin müqavilədə Avropa İttifaqına üzv olan ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi öz əksini tapacaq. Bu isə işğalcı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkəni ciddi şəkildə narahat edir. Çox maraqlıdır ki, ölkəmizdəki bəzi radikal müxalif marginallar da Azərbaycanı məhz bu məsələdə tənqid etməklə əslində ermənilərlə sinxron hərəkət etdiklərini göstərirlər. Bunu isə Azərbaycan cəmiyyətinə Avropa İttifaqı ilə imzalanacaq sazişin guya milli maraqlarımıza cavab verməməsi ilə izah etməyə çalışırlar. Ancaq ölkəmizdə hər kəs başa düşür ki, radikallar eyni mərkəzdən sifariş almaqla əslində milli maraqlarımıza qarşı olanlarla birgə çalışırlar".

Onun sözlərinə görə, başqa bir mühüm məsələ ondan ibarətdir ki, 2020-ci ildə Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə, ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq:

"Bu faktor isə Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakını daha da güclü edəcək. Yəni bu vəziyyət işğalçı Ermənistanın lehinə deyil. Nəhayət, ən ümdə məsələlərdən biri Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsidir. "Opinion Way" şirkətinin rəy sorğusunun nəticəsində əksini tapan xalq-iqtidar birliyi nümunəsi də anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və onun müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və beləliklə də Qarabağ problemini birdəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət etsək görəcəyik ki, həm xaricdə bizə qarşı fəaliyyət göstərən mühacirət müxalifəti, həm də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun Qarabağ məsələsinə toxunmurlar. Çünki onlar sadəcə anti-Azərbaycan mərkəzlərdən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir".

pia.az


Şərh yazın.

loading...