Bazar ertəsi, 19 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Deputat İçərişəhərlə bağlı çağırış etdi: “Nə dayanmısınız?”

İçərişəhərdə, Qoşa Qala divarlarının yanında tikinti işlərinin aparılması haqda bir neçə gün əvvəl xəbər vermişdik

Artıq sosial şəbəkələrdə tikinti ilə bağlı fotolar yayılır və haqlı olaraq Qala divarları ətrafında gedən işlər ciddi etirazlara səbəb olur.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan tarixçi alim, deputat Fəzail İbrahimli də etirazlara qoşulduğunu bildirib:

“İçərişəhərdə Qoşa Qala divarlarının yanında tikinti işlərinin aparılması təbii ki, tariximizin göz önündə məhv olmasıdır. Bundan artıq nə demək olar? Aidiyyatı qurumlara sual vermək lazımdır ki, nə dayanmısınız? Niyə görmürsünüz? Cavabdeh şəxslərə teleqram vurun, bildirin. Biz də lazım gələr, Milli Məclisdə bu məsələləri gündəmə gətirərik”.

Deputat qeyd edib ki, bu məsələ ilə bağlı hər bir kəs öz iradını bildirməlidir:

“Qədim abidənin yerləşdiyi yerdə tarixi nişanələr məhv olunaraq bu tikinti işlərinin aparılmasına etiraz edilməlidir. Mən də buna qoşuluram. Hesab edirəm ki, bu, çox qüsurlu işdir. Olmaz! Qoşa Qala qapıları tarixin bir yadigarıdır. Dünyaya açılan qapılardır. Ora toxunmaq olmaz! Şəhər onsuz da başdan ayağa restoran, kafelərlə doludur. Həmin yerdə yenidən bu cür tikililərə ehtiyac yoxdur”.

Qeyd edək ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat katibi Rahib Azəri hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatların həqiqəti əks etdirmədiyini, sosial şəbəkələrdə yayılan fotoların isə 2012-ci ildə çəkildiyini bildirmişdi. “Layihənin məqsədi isə ərazidə fəaliyyət göstərən restoranları yeniləmək və daha yüksək keyfiyyətli tikili ərsəyə gətirməkdir"- deyə R.Azəri vurğulamışdı.

pia.az


Şərh yazın.

loading...