Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Hadi Rəcəbliyə aid istirahət mərkəzində ölüm hadisəsi baş verib

Lənkəran rayonunda ölüm hadisəsi baş verib...

PİA.az xəbər verir ki, hadisə “Palıdlı Sahil” istirahət mərkəzində qeydə alınıb.

Qubadlı rayonunda doğulan, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvvəlüdlü Ağayev Elbrus Əsgər oğlunun oktyabrın 25-də səhər saat 9-da vanna otağından meyiti tapılıb.

Meyitin müayinəsi zamanı onun bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin “MTE və PA ETT” Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təqdim olunub.

İlkin araşdırma zamanı məlum olub ki, E.Ağayev istirahət mərkəzinin birinci mərtəbəsində yerləşən vanna otağında yod-brom vannası qəbul edərkən qəfilətən vəziyyəti pisləşib və orada ölüb.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Arqument.az saytı “Palıdlı Sahil” istirahət mərkəzinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə aid olduğunu yazıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar