Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Gedin, görün Amerikada bir günə nə qədər qadın öldürülür?"

Əri tərəfindən öldürüldüyü iddia edilən Sevinc Məhərrmovanın qətli Azərbaycanda növbəti dəfə qadın qətllərinə diqqət çəkdi. Amma bu haqda yenə də kütləvi informasiya vasitələri, sosial media danışır və dar bir dairə - feministlər, qadın təşkilatları rəsmi qurumları hərəkətsizlikdə suçlayır, etiraz edir, aksiya keçirirlər.

Məsələn, ötən ay bir neçə feminist Daxili İşlər Nazirliyinin önündə qadın qətllərinə etiraz edib. Onlar nazirliyin önünə üstünə son 10 gündə qətlə yetirilən qadınların adı yazılmış simvolik tabut qoyublar.

Avqustun 4-də isə qadın fəallar Sevinc Məhərrəmova ilə bağlı Bakı şəhər Xəzər rayon Polis İdarəsinin binası önündə aksiya keçiriblər, “Sevincin qatili dövlətdir!”, “Qadın qətlləri siyasidir!” şüarlarını səsləndiriblər. Onlar polis binasının giriş qapısına qan rəmzi olan qırmızı boya atıblar.

Amma rəsmi qurumlar, siyasətçilər, partiyalar bu mövzuda daha çox susmağa üstünlük verirlər.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Qadın Problemləri üzrə Dövlət Komitəsində çalışmış Məlahət İbrahimqızı S. Məhərrəmovanın ölümündən xəbərsiz olduğunu deyir.

Bundan başqa, deputat Azərbaycan cəmiyyətində qadının çox böyük anlamı olduğunu, qadına ana, vətən kimi baxıldığını, bir qadının öldürülməsiylə dünya qadınlarına qarşı cinayət törədildiyini bildirir.

Amma bununla belə, o, mətbuatın qadın qətllərini şişirtməməli olduğunu da əlavə edir.

“Gedin, görün Amerikada bir günə nə qədər qadın öldürülür? Azərbaycanda müəyyən məqsədli qüvvələr var ki, milçəyi fil etmək istəyirlər. Təbii ki, qadın qətlləri olan cəmiyyətdə qüsur var, maariflənmə işləri kifayət qədər aparılmır. Amma qadın ölümləriylə bağlı tendensiya yoxdursa, bu məsələni şişirtmək lazım deyil. Hamı bizim kimi ziyalı olmur. Heç nədən xəbəri olmayan adamlar deyəcək ki, Azərbaycanda qadınları kütləvi öldürürlər. Bu, ölkənin imicinə zərər vurur”.

Məlahət İbrahimqızı baş verənlərdə qadınların da günahının olduğunu düşünür: “Bu həddə çatdırmamaq lazım idi. Qadınlar öz haqqını qorumağa çalışmalıdırlar. Niyə kişini döymürlər? Niyə ancaq qadınlar döyülür? Çünki haqlarını qoruya bilmirlər. Kişi birdən-birə qadını öldürməyib ki. Deməli, qadın vaxtında o kişidən ayrılmalı imiş”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Səadət Cahangirin sözlərinə görə, qadınlara qarşı zorakılıq həm partiyanın sədri, həm də ayrı-ayrı funksionerləri tərəfindən pislənilib, qadın qətlləri ilə bağlı hüquq-mühafizə orqanlarının yetərli tədbirlər görməməsi kəskin şəkildə tənqid olunub.

“Sevinc Məhərrəmovanın qətli ilə bağlı da çoxumuz münasibətimizi bildirmişik. Partiyamızın Qadınlar Şurası zamanında qadın hüquqları mövzusunda bir çox tədbirlər keçirib, amma bildiyiniz kimi indi belə tədbirlərin keçirilməsinə imkan yoxdur. Sözsüz ki, pandemiya ilə bağlı qadağalar götürüldükdən sonra fəaliyyətimiz bərpa olunacaq”.

AXCP fəalı bunu da vurğulayır ki, aksiyaların keçirilməməsi mübarizə aparılmaması anlamına gəlmir: “Mübarizə forması fərqli ola bilər, əsas odur ki, mübarizə olsun. Zamanı gələndə günahsız öldürülən bütün insanların haqqı üçün yenidən meydanlara çıxacağıq”.

S.Cahangirin dediyinə görə, qadın qətlləri ayrı-ayrı təşkilatların, şəxslərin həll edəcəyi məsələ deyil, problem dövlətin qəti iradəsi və cəmiyyətin dəstəyi ilə həllini tapmalıdır.

“Düşünürəm ki, qadın zorakılığının, qadın qətllərinin durdurulması üçün bütünlükdə hüquqi-mexanizm dəyişməlidir. Ölkədə qanun işləmirsə, hüquq yalan vasitəsinə çevrilibsə, necə durduracaqsan o vəhşəti?”

Sözügedən mövzuya münasibət bildirməyən partiyalardan biri də ReAl-dır.

Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli ReAl-ın qadın qətlləri ilə bağlı məsələni parlamentə çıxarmaq niyyətində olduğunu bildirir. Onun söylədiyinə görə, Azərbaycanda sözügedən məsələnin çoxalması daha fundamental və köklü addımların atılmasını tələb edir, buna qarşı mübarizənin ən effektiv yolu da cəzaların sərtləşdirilməsidir.

“Bu məsələ ilə bağlı partiyadaxili müzakirələr aparmışıq. Yeni qanunvericilik təşəbbüslərimiz olacaq. Payız sessiyası başlayanda məsələni gündəmə gətirəcəyik. Məişət zorakılığı və qadın cinayətkarlığına qarşı cəzaların daha da sərtləşdirilməsini doğru sayırıq”.

Ağ Partiyanın sədri Tural Abbaslı qətllərin, zorakılığın cinslərə görə bölünməsinin əleyhinə olduğunu bildirir: “Son bir ay ərzində kişilər də öldürülüb. Məsələn, bundan bir müddət əvvəl də yatdığı yerdə qadın ərini öldürmüşdü. Biz qadın, kişi ayırmırıq, cinayətin əleyhinəyik. Feminist axınına görə qadın cinayətləri xüsusi fərqləndirilir və siyasiləşdirilir. Bəs kişilər? Kişi adam deyil? Qadın ola bilər zərif cinsin nümayəndəsidir, amma o, cinsinə görə öldürülmür ki…”

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli S. Məhərrəmovanın ölümünün obyektiv araşdırılmasını tələb etdiklərini və feminist aksiyasını dəstəklədiklərini deyir: “Şiddətə məruz qalan və həyatına təhlükə olduğunu bildirən qadının müraciətinə məhəl qoymayan polis orqanları onun ölümünə görə məsuliyyət daşıyır və cəzalandırılmalıdır”.

Mətbuatda gedən məlumatlara görə, S. Məhərrəmova son bir ayda öldürülən 10-cu qadındır. Bu qadınlardan 6-sı ərləri tərəfindən, 2-si digər şəxsi münasibətlər zəminində öldürülüb.(Toplum.tv)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar