Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Əziz Ələkbərli qərbi azərbaycanlıların arxivini yox edib? - Sensasion ittihamlar...

Milli Məclisin deputatı Əziz Ələkbərli ilə bağlı Azsiyaset.com saytına ilginc məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1988-ci ildə Ermənistandan deportasiya olunan yüz minlərlə azərbaycanlının sənədlərinin toplandığı Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının arxivi deputat Ə.Ələkbərli tərəfindən yox edilib.

Ofisi Ayna Sultanovada yerləşən Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi azərbaycanlılar tərəfindən təsis edilib. Hazırda bu təşkilatın sədri deputat Ə.Ələkbərlidir. Ondan əvvəl təşkilata qaynatası Abbas Səfərov rəhbərlik edib. Təşkilata rəhbərliyin sırf qohumluq prinsipləri əsasında və gizli şəkildə həyata keçirildiyi bildirilir. 

O da qeyd olunur ki, əvvəllər təşkilatın ofisi 200-250 kvadratmetr olub, daha sonralar isə ofisin bir hissəsi satılıb.

Qeyd edək ki, Azsiayset.com-a müraciət edən bir qrup vətəndaş iddia edir ki, onlar Ə.Ələkbərlidən arxivin hansı səbəbdən yox edilməsini soruşublar. Ancaq bu suala da cavab ala bilməyiblər.

İddia edirlər ki, Qərbi azərbaycanlılarının sənədlərinin toplandığı arxiv Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə məhv edilib və bu işin də icraçısı Ə.Ələkbərlidir.

Qeyd edək ki, Ermənistandan deportasiya edilən soydaşlarımızın sənədlərinin toplandığı arxiv böyük tarixi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Ə.Ələkbərlinin mövqeyini dərc etməyə hazırıq. 

Mövzunu diqqətdə saxlayacağıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar