Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Demişdim ki, Xocalını geri almayana qədər siqareti tərgitməyəcəm”

Xocalıya qayıtmağımız 2022-ci ildən sonraya qala bilməz. Təəssüf ki, bu məsələlər hələ ki ləngiyir, amma öz həllini tapacağı ilə bağlı şübhə yoxdur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, əvvəllər Xocalının qisasını ala bilmədiyimiz üçün hər kəsdə bir məyusluq var idi, lakin Xocalının qisası, artıq, məhz döyüş meydanlarında düşməndən alındı: “Xocalı faciəsini törədən Sarkisyanlar, Ahanyanlar, Köçəryanlar məğlub oldular və öz acı məğlubiyyətlərini etiraf etdilər. Biz Xocalı faciəsini hər il kütləvi yürüşlərlə qeyd etsək də, təəssüflər olsun ki, indi bu, pandemiya səbəbindən mümkün deyil və bunu məhdud şəkildə etmək məcburiyyətindəyik. Hesab edirəm ki, Xocalının qisasının alınması əhval-ruhiyyəsi ilə qeyd etməkdirsə, ikincisi isə pandemiya ilə bağlı olaraq kütləvi tədbirlərin təşkilinin mümkün olmamasıdır. Xocalı soyqırımın 29-cu il dönümü ilə bağlı hər il olduğu kimi, bu il də Vəhdət Partiyası olaraq beynəlxalq təşkilatlara müxtəlif dillərdə Xocalı ilə bağlı bəyanatlar çatdırmışıq. Bu bəyanatlarda Xocalı soyqırımının tanınması, müqəssirlərin cəzalandırılması, təzminatın ödənilməsi, yardımlar edilməsi və sair məsələlər yer alıb. Baxmayaraq ki, 13 dövlətin parlamenti, o cümlədən ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyır, amma biz bununla kifayətlənməməliyik. Biz Xocalı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün daha çox çalışmalıyıq. Hesab edirəm ki, hər kəs də bu məsələ ilə bağlı əlindən gələn hər şeyi edir”.

Deputat bildirib ki, heç kimdə Xocalının işğaldan azad edilməsi ilə bağlı şübhə olmamalıdır, belə bir şey mümkün deyil.

Tahir Kərimlinin sözlərinə görə, Vətən Müharibəsi zamanı rus sülhməramlıları məsələyə qarışması, dünya ölkələri tərəfindən hədsiz dərəcə çox təzyiqlərin olması, helikopterin vurulması, Bakıya raket atılması, bundan başqa BMT-də bir sıra qatnamələrin qəbul olunmasına dair və dünya ölkələrinin “Artsax Respublikası”nın tanınmasına dair çağırışları bizi məcbur elədi ki, ermənilərin kapitulyasiya sənədinə imza atması ilə razılaşaq: “Təəssüflər olsun ki, indi Xocalı da daxil olmaqla bir sıra ərazilərimiz hələ də düşmən əlindədir. Amma orada, təbii ki, ermənilən hansısa bir dövlət qurumunun olması barədə söhbət belə gedə bilməz. Hazırda  Rusiya həmin ərazilərdə sülhü bərpa etməklə məşğuldur, lakin bir müddətdən sonra azərbaycanlıların ora qayıtması zərurətə çevriləcək. O zaman aydın olacaq ki, sülhməramlılar təkcə erməniləri qorumur, onların əsas vəzifəsi iki millət arasında sülh yaratmaqdır. Təəssüf ki, bu məsələlər hələ ki ləngiyir, amma heç şübhə yoxdur ki, öz həllini tapacaq. Sadəcə olaraq, səbr etmək, dözmək lazımdır”.

Tahir Kərimli həmçinin Xocalı faciəsi ilə bağlı acı xatirələrini də bölüşüb: “Mən ermənilərin Xocalı soyqırımını törətdikləri gün, 1992-ci ildə orda olmuşam, çox ağır xatirələrim var. Xocalı hər zaman mənim ağrılı yerimdir. Qatır Məmmədin övladı Canpoladın dəfnində iştirak etdik, xəstəxanaya, Uzundərəyə getdik, məscidə meyitlərin yük maşını ilə gətirilib boşaldılmasının şahidi olduq və s. Qərargahdan o vaxtkı Prezidentə, Daxili İşlər Nazirliyinə zəng etsəm də, alınmadı. Bu olduqca ağır xatirələr məni ömrüm boyunca əzib və həyatımda ilk dəfə Xocalıda siqaret çəkməyim, hesab edirəm ki, acı təəssüratlarımın, sadəcə, simvolik təzahürüdür. Demişdim ki, Xocalını geri almayana qədər siqareti tərgitməyəcəm. Bu gün hələ də siqaret çəkirəm və bu, o anlama gəlir ki, mən vəziyyətlə razılaşmamışam və Xocalını işğaldan azad edilmiş hesab etmirəm”.

Deputat bildirib ki, Xocalıya qayıtmağımız 2022-ci ildən sonraya qala bilməz: “Dünya dəyişir, Azərbaycan-Türkiyə birliyi güclənir, ümumilikdə türk dünyasının gücü artdığı halda, regionda ona mane olmaq istəyən erməni və havadarlarının gücü azalır. Biz tamamilə Qarabağa sahib çıxacağıq. Ya ermənilər orada Azərbaycanın suverenliyini qəbul edəcək, ya da rədd olub gedəcəklər, başqa yolu yoxdur”.

Qeyd: Bu il Xocalı soyqırımının 29-cu ildönümünü qeyd edilir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilmişdir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar