Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Bəxtiyar Vahabzadənin oğlu Şamaxının işğalının proqnozunu verir…"

"Azərbaycanda diplomatların təyinatında müəyyən səhvlər olub. Buraxılan ciddi səhvlərdən biri də Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə ilə bağlıdır. Onun bir intervüsünə baxdım. Xəcalət çəkdim ki, görün bizi xaricdə kim təmsil edirmiş".

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Etibar Əliyev deyib.

E.Əliyev qeyd edib ki, İ.Vahabzadə erməni işğalına futuroloqluq edir: "Qorxudur bizi. Və görün nə deyir: "4-cü nəsil yetişir. 4-cü nəsil bilmir ki, onları hansı problem qarşılayacaq. Qarşıda Naxçıvan və Gəncə problemi var. 5-ci nəsil artıq 2025-ci ildən sonrakı nəsil, ermənilər Şamaxıya qədər gəlib çıxasıdırlar." Bu səfeh futuroloq görün nəyi təlqin edir. Biz torpaqlarımızın işğaldan azad olunması naminə gənclərdə ruh yüksəkliyi yaratmağa çalışırıq. Bu yaramaz isə Şamaxının işğalının proqnozunu verir. Verilişdən hiss olunurdu ki, adamın psixi durumu da yerində deyil. Danışdıqları cəfəngiyyatdır. Bunun çoxillik diplomatik fəaliyyəti işlədiyi dövrlərdə niyə izlənməyib? Belələri elə bilir ki, bu dövlətin onlara əbədi borcu var. İnternet televiziyalar belələrini dövlətin və xalqın əleyhinə danışdırmaqla nə qazanırlar…"(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar