Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat BDU-nun müəlliminə də borclu çıxdı: “Novruz Məmmədov spikerlə danışdı, ondan sonra...”

Deputat Rafael Cəbrayılovun borclu olduğu daha bir şəxs “Yeni Sabah”a müraciət edib

PİA.az xəbər verir ki, bu, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin müəlliməsi Xatirə Nəcəfovadır. Rafael Cəbrayılovun ona da 300 min dollar borcu var.

Xatirə Nəcəfova deyir ki, həmin məbləğ deputata ev almaq üçün verilib.

“Binəqədidə “Gənclər şəhərciyi”ndə ev almaq, həmçinin biznes qurmaq üçün Rafael Cəbrayılova 300 min dollar vermişik. Notariat kontorunda aramızda borc müqaviləsi bağlanıb. Bundan əlavə, o, deputat vəsiqəsini girov qoyub.

Üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də pul qaytarılmayıb. Dəfələrlə müraciət etmişik, evinə getmişik, amma nəticəsi yoxdur. Hər dəfə bir vəd verir. Biz bu cür oyuna düşəcəyimizi təsəvvür belə etmirdik. Düşünürdüm ki, 3 oğlum var, evləri olar. İndi nə ev var, nə pul. Olanımızı vermişik Rafael Cəbrayılova”, - deyə BDU-nun müəlliməsi bildirib.

Xatirə Nəcəfova əlavə edib ki, məsələ ilə bağlı yüksək vəzifəli şəxslərə və bir sıra qurumlara müraciət edib:

“Konkret olaraq Baş nazir cənab Novruz Məmmədova müraciət etmişəm. Sağ olsun, məni dinlədi, baş verənlərdən xəbərdar oldu. Problemin həll olunması üçün Milli Məclisin sədri Oqtay Əsədovla danışdı. Daha sonra Baş Prokurorluqdan mənimlə əlaqə saxladılar. Əlaqə saxlayan Baş prokuroun köməkçisi Toğrul müəllim idi. Dedi ki, artıq bizə tapşırıblar.

Novruz Məmmədov, Prezidentin köməkçisi Fuad Ələsgərov bu işə qarışıb. Mən özüm də vitse-spiker Ziyafət Əsgərovla kolleqayam. Bir fakultədə işləyirik. Şəxsən qəbulunda olmuşam. Sağ olsunlar, hamısı bu işə qarışıb”.

Xatirə Nəcəfova sonda bildirib ki, Rafel Cəbrayılovun ona borclu olması barədə notariusla təsdiq olunmuş borc müqaviləsindən başqa video-sübutlar da var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar