Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Araz Əlizadə: "Paşinyan o heykəli oradan götürə bilərmi?"

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri ifşa etdi...

Prezident İlham Əliyev son günlər ermənilərə iki ağır zərbə vurub. Ermənilərə elə zərbə vurulub ki, hələ də özlərinə gələ bilmirlər. MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri ifşa etdi. O, çıxışında önə çəkdi ki, Qaregin Njde faşistlərə xidmət etsə də, vaxtilə türklərlə müharibə aparıb, ona görə də qəhrəmandır və heykəli olmalıdır. Prezident İlham Əliyev arqumentləri ilə erməniləri ifşa etdi. Rusiya Dövlət Dumasının qərarı var ki, heykəl oradan götürülməlidir. Düzdür, bu, tələb deyil, tövsiyədir. Paşinyan o heykəli oradan götürə bilərmi? Xeyr!”

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət ediblər, qatı millətçidirlər: “Prezident “nida” işarəsi qoydu, arzu edirəm ki, ordumuz da belə bir “nida” işarəsi qoysun və bu məsələni bitirək. Dünyanın müxtəlif ölkələrində qaçqınlar görmüşəm, bizdəki qədər onlara şərait yaratmırlar. Təbii ki, bu, kifayət qədər deyil…”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə çıxış edərək deyib ki, BMT-nin hesablamalarına əsasən, dünyada 72 milyon qaçqın və məcburi köçkün var: “Yeganə ölkə Azərbaycandır ki, köçkünlər üçün bu qədər ev tikilir. İkinci belə bir dövlət yoxdur. Prezident İlham Əliyevin yanaşması bundan ibarətdir ki, vətəndaşa daha çox qayğı ilə yanaşılsın”.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar