Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat “Alt paltarı piri”ndən danışdı

"Qaloş piri"ndən sonra bu dəfə Xaçmazda, Vələmir kəndində "Dəli piri" və ya "Şeyx Ömər Baba" adı ilə tanınan ziyarətgah müzakirə mövzusuna çevrilib

İnsanların ağacdan parça, əski, hətta alt paltarı asaraq, niyyət etmələri, şəfa diləmələri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Millət vəkili Fazil Mustafa Oxu.Az-a son günlər gündəmi zəbt edən pir və ziyarətgahlarda müşahidə olunan cahil hərəkətlərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bu gün dini inanc adı altında insanlara xurafat və cəhalət elementləri ötürülür:

"Belə məlumatları oxuyanda təəccüblənirəm. Bu insanlar xəstədirlər. Yəni bunun başqa adını tapa bilmirəm. Elədiklərini dərk etmirlər. Bir ağaca əski parçası bağlamaqla, bir məzar daşına inanıb, başını daşa sürtüb, onun enerjisi ilə şəfa tapacağına inanmağın heç bir normal izahı ola bilməz. Bu insanlar Allaha şəkk gətirir. Bununla arzularına çatacaqlarına inanırlar. Bu, sadəcə, xurafatdır".

F.Mustafanın sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlər görülsə də, görünən odur ki, aparılan təbliğatlar kifayət deyil:

"Cəhalət elementləri bölgələrdə daha çox müşahidə edilir. Bu, İslam dini deyil, sadəcə, insanların cahillikdən doğan fikirləridir. İslamın mahiyyəti ilə onların inanclarının mahiyyəti tamamilə ayrıdır. Bu məsələ uzun illərdən doğan inanclar əsasındadır. Bunun qarşısını hər hansı qanunvericiliklə almaq mümkün deyil.

Ümumiyyətlə, bu, heç dinlə bağlı məqam deyil. Deyərdim ki, bu insanların inancları ilə İslam dini arasında çox cüzi, yalnız ibadət formaları bənzərlik təşkil edir. Bu, öz növbəsində, cəmiyyətdə təhsilin, mədəniyyətin inkişafına mane olan amillərdən biridir".

Deputat Ramazan ayında sahur və iftar ərəfəsində televiziyalarda heç bir səviyyəli verilişin yayımlanmadığına diqqət çəkib:

"Bu fürsətdən yararlanıb cahillik, xurafat haqqında danışıqlar aparıb, insanları bu əsassız inanclardan yayındıra bilərdilər.

Ona görə də insanları qınamaq olmur. Savadsız ,oxumayan insanları başa düşmək olur, lakin oxuyan, ali savadlı insanlar da var ki, bu cahilliyə dəstək verirlər. Təəssüf ki, qanun yox, maariflənmə işləri artırılmalıdır".

Xatırladaq ki, bir müddət əvvəl Goranboyda "Qaloş piri"ndə insanların başlarına bir əşya çəkərək şəfa diləməsi geniş müzakirələrə səbəb olmuşdu. Oxu.Az-ın əməkdaşlarının tapdığı "Dəli piri" isə müzakirələri alovlandırıb.

pia.az


Etiket: Fazil Mustafa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar