Çərşənbə, 27 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Demokratiyanın çöküşü: Qloballaşma hansı fəsadları yaratdı?..

Demokratiya dünyanın bir çox ölkəsində məğlub olub. Lakin avtokratiya da bu şəkildə davam edə bilməz..

Esfender Korkmaz

“Yeniçağ” qəzeti, Türkiyə, 21 may 2020-ci il

1990-cı illərdə silahlı qlobalistlər qloballaşmanın demokratiya üçün də uğurlu olacağını iddia etmişdilər. Amerikalı Yoşihiro Fransis Fukuyama 1992-ci ildə nəşr olunan “Tarixin sonu və sonuncu insan” tezisi ilə Qərb-liberal düşüncəsinin bəşəriyyətin çata biləcəyi son mərhələ olduğunu iddia etmişdi. Həmin illərdə çıxan başqa bir məqaləsində isə deyirdi: “Qloballaşma üçün zəruri olan liberal iqtisadi nizamın təmin edilməsinin ən etibarlı yolu demokratik nizama nail olmaqdır”.

Bir çox mütəfəkkir də qloballaşmanın uğuru üçün avtokrat rejimlərin aradan qaldırılmalı olduğunu iddia edirdi. Əslində, qloballaşma nəzəriyyəsinə baxdıqda bu düşüncələr məntiqli görünür. Lakin Sovetlər dövlətunin bazar iqtisadiyyatına keçməsi və kommunist təkpartiyalı sistemdən çoxpartiyalı seçki sisteminə keçid etməsi o zamanlar həmin yanaşmaları haqlı çıxarmışdı. Ancaq şeytan boş dayanmırdı. Çin demokratiyaya keçid etmədi, amma rejimi qloballaşma üçün sərfəli hala gətirdi. Rusiyadan və Sovetlərdən ayrılan Orta Asiya Türk Cümhuriyyətləri isə diktator rejimlərinə keçdilər. Siyasi İslamdan istifadə edənlər İslam ölkələrini zəiflətdi və Tunisdən başqa əksər ölkələrdə şəriət və avtokratiya hakim oldu.

Qloballaşmanın demokratiya gətirəcəyini deyən Fukuyamaya iddiasının baş tutmaması ilə bağlı sual verildikdə belə cavab verib:

“25 il əvvəllə müqayisədə indi çox fərqli bir dünyada yaşayırıq. 1990-cı illərdə hər şey çox perspektivli idi. Üçüncü Demokratikləşmə dalğasının ortasında idik. Ancaq bu gün demokratiyanın keyfiyyəti aşağı düşüb. Bir çox ölkədə korrupsiya, pis rəhbərliklər və hətta avtoritarizm yenidən hökm sürür. Rusiyada, Macarıstanda, Türkiyədə, ABŞ-da olduğu kimi”.

Qloballaşma prosesində demokratiyanı müdafiə edən qeyri-hökumət təşkilatları çoxalıb, rabitə və kommunikasiya vasitələri artıb, sosial media şəbəkəsi genişlənib. Bu şəkildə insanların demokratiya ilə bağlı məlumatlılığı da artıb. Ancaq populizm və qorxu ilə, krallar, əmirlər, mollalar və şeytan diktatorlar qalib gəldilər və demokratiya tənəzzülə uğradı.

Qloballaşma istehsal amillərindən yalnız kapital dövriyyəsinə imkan yaratdı. Spekulyativ kapital üçün demokratik ölkələrdə korporativ quruluşlarla məşğul olmaq əvəzinə, vahid bir diktatora nüfuz etmək daha asan hala gəlib.

Yaxın Şərqdə mülayim İslam layihəsini başlatdılar və diktatorları gizli şəkildə dəstəklədilər.

Qloballaşma nəticəsində demokratiyaya ziyan dəydi. Qloballaşma prosesində dünyada zəngin və kasıb ölkələr arasındakı fərq daha da çoxaldı. Cari artımı olan ölkələr daha zəngin, cari kəsiri olan ölkələr isə daha yoxsul oldu. Eyni zamanda, qloballaşma və spekulyativ kapital siyasi qüvvələrə təsir etdi və spekulyativ sektorlar meydana çıxdı. Dünyanın bir çox ölkəsində iqtidar varlıları və spekulyativ varlılar çoxaldı, gəlir bölgüsü pisləşdi.

Yoxsullaşmış və dolanışığı pis olan insanlar üçün siyasi istismara və vədlərə inanmaq daha asandır. Bu müddətdə demokratiya geridə qaldı, siyasi istismar və populizm ön plana çıxdı. Bir sözlə, demokratiya mədəniyyəti korlandı.

Bir çox ölkədəki kasıb insanların vəziyyətini sosial siyasətlə yaxşılaşdırmaq olar. Bununla belə, siyasi liderlər səsvermə sistemi qura bilmirlər. Çünki ictimaiyyət sosial siyasətləri dövlətin normal bir vəzifəsi kimi görür. Pis niyyətli siyasi liderlər isə populizm yoluyla səsvermə sistemi qururlar. Məsələn, büdcə vəsaitlərindən iş yerləri yaratmaq üçün deyil, pul paylamaq üçün istifadə edirlər. Lakin ictimai qaynaqların belə boş yerə xərclənməsini davam etdirmək olmaz.

Nəticədə, demokratiya dünyanın bir çox ölkəsində məğlub olub. Lakin avtokratiya da bu şəkildə davam edə bilməz. Çünki ilk növbədə ölkələrin resurslarından səmərəli şəkildə istifadə olunmur. Məsələn, Huqo Çavez Venesuelada pul payladığı müddətcə xalq onu sevirdi. İndi onun varisi Maduro da belə edir. Bunun nəticəsində, bu gün Venesuela artıq yaşamaq üçün normal bir ölkə hesab olunmur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

Nazir mühafizəçisini işdən çıxardı - Səbəb

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərar verdi

Deputatın vitse-prezident olduğu şirkətdə yüzlərlə vətəndaş işsiz qaldı

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - Yenilənib

Sabiq deputatdan : “Məlahət Abbasova yalnız bir tualet kağızının reklamına çəkilib...”

Borcunu vermək istəməyən abonent "Azərişıq" -ın əməkdaşlarını güllələdi - Yenilənib

Məlahət Abbasova: "AzTV-də mənə böhtan atdılar, Rövşən Məmmədov verilişimin davam etməsi üçün pul istədi"

Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - Yenilənib,Fotolar,Video

Elmar Məmmədyarovun oğlu Nyu-Yorkda bu binadan mənzillər alıb – Fotolar

Sabiq deputatın "dələduz" qızı Türkiyədə tutuldu - Video

loading...

Ən çox oxunanalar