Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəmirbank” ASC ləğv olunubsa mənim nə günahım var? - Vətəndaş harayı

Astaradan olan vətəndaş Rəşad Həsənov “Dəmirbank”a devalvasiya ilə bağlı ödədiyi əlavə faizləri geri ala bilmir...

Astara sakini Rəşad Həsənov PİA.az-a müraciət edərək “Dəmirbank” ASC-nin Bərdə Filalından götürdüyü 8945 ABŞ dolları kredit borcunun 7613 dollarını 1.05 məzənnə ilə ödəsə də, Prezidentin fərmanına əsasən artıq ödədiyi pulları geri qaytarılmır. Rəşad Həsənovun müraciətini olduğu kimi oxucularımızın diqqətinə çatdırırq:

“Mən 02.07.2014-cü il tarixində 410003015 saylı müqavilə ilə 0,78 AZN məzənnə ilə “Dəmirbank” ASC-nin Bərdə Filalından 8945 (səkkiz min doqquz yüz qırx beş) ABŞ dolları kredit borcu almışam. Kreditin 7613 (yeddi min altı yüz on üç) dollarını devalyasiyadan sonra 1.05 məzənnə ilə qaytarmışam. Lakin adımı “Problemli kredit məlumatların sorğulanması”na borcalan kimi məlumatları daxil etsəm də axtarış üzrə nəticə tapılmadı, yəni adım siyahıda yoxdur.

“Dəmirbank” ASC ləğv olunubsa mənim nə günahım var ki, adım “Problemli kredit məlumatların sorğulanması” siyahısında olmasın. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmannın 1.1 bəndi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi) mənə şamil olunduğu halda niyə mən bu imtiyazdan məhrum edilmişəm. Mən “Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm.

15 aprel 2019-cu il tarixdə də bütün sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasında fəaliyyət göstərən Apellyasiya Komissiyasına 301,311,2130,1267,6246, 9847,9873 və 9876 saylı müraciətlərlə göndərmişəm. Amma Komissiyanın saytında hər dəfə yazır ki, “Emal zamanı xəta baş verdi”.

Bundan başqa Apellyasiya Komissiyasının mənim şikayətimə aid məlumatlar bölməsində yoxlanma aparılmadığı halda sorğu göndərilib.Əgər bir məlumat yoxlanılmayıbsa, necə sorğu göndərilə bilər? Sadəcə mən dövlət orqanlarına “Dəmirbank” ASC barəsində şikayət etdiyimə görə məni süründürürlər.
Bütün sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasının nəznində yaradılmış Apellyasiya Komissiyasına təqdim etmişəm. Lakin şikayətimə baxılmadan, məni süründürmək üçün 03.06.2019-cu il tarixdə heç bir əsas olmadan daha 30 iş günü şikayətimə baxılma müddətimi uzatdılar.

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən bütün kompensasiyalar üç ay ərzində ödənilməli idi, lakin ödənilmədi. Məndə buna görə bütün dövlət orqanlarına şikayət etdim.Şikayətim Apellyasiya komissiyasına göndərildiyi üçün həmin komissiyadan mənə şablon məzmunlu cavablar yazaraq şikayət etdiyimə görə məni süründürürlər.

Məgər bir insanı şikayət etdiyinə görə bu qədər incitmək olarmı? Bütün sənədləri məktubuma əlavə edirəm.

Xahiş edirəm köməklik göstərəsiniz.

Hörmətlə Rəşad Həsənov, Astara şəhər sakini”

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməli idi.

Xatırladaq ki, mayın 31-də problemli kreditlərdə kompensasiyaların verilməsi prosesi yekunlaşıb

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar