Bakıda ölüm hadisəsi baş verib...
Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)
pia.az