Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Delta ştammını daha tez və düzgün müalicəyə başlamaq lazımdır - Rusiyalı infeksionist

Delta ştammı öncəki klassik koronavirusdan yüksək sürəti ilə seçilir. Ona görə insanlar bu ştamma yoluxduğunu daha tez aşkarlayıb, düzgün müalicəyə başlamalıdırlar.

Delta ştammı barədə nələri bilməlisiz?

PİA.az xəbər verir ki, Smolenskiy adına infeksion xəstəxananın şöbə müdiri Yelena Simakina Deltanın özəlliyindən və müalicəsindən danışıb.

"Delta ştammı genində aminturşusu dəyişikliyi gedib. O, digər ştamlardan fərlqi olaraq, hüceyrəyə daha asan və sürətlə daxil olur. Bu da insanın xəstələnməsini tezləşdirir. Əgər əvvəl koronavirusun inkibasiya dövrü 7-14 gün idisə, indi bu gün yoluxub, 3 gün sonra xəstə olmaq mümkündür. Delta və Delta plyus insanın kovidə qarşı anticisimlərindən yayına bilir. Yəni sağalan və peyvənd olunanlarda müdafiə zəifdir.

Deltaya əvvəlki kimi xəstə ilə uzun və yaxın kontakt da lazım deyil. O, saniyələr içində yaxınlıqda olan insana keçə bilir.

Təəssüf ki, Delta gənc və yeniyetmə immunitetlərini də yıxıb keçir. Əgər birinci-ikinci dalğada xəstə yükü yaşlıların üzərində idisə, indi gənclər, yeniyetmələr və çəkisi az olanlar daha çox xəstələnir.

Əvvəl reanimasiyaya 40 yaşında xəstə nadir halda daxil olardı, indi xəstələrin çoxu 35-45 yaş arasıdır. Bu dalğada daha gənc xəstələri itiririk.

Bu dəfəki dalğada hamilə yoluxanlar da çoxdur. Hospitallarda hamilələr çox gətirilir. Onların da müalicəsi çətindir. Çünki hamilələrə ağır dərmanları vermək olmur.

Deltanın elə də fərqli əlamətləri yoxdur. Xəstələr ilk 3 gündə boğaz ağrısı, baş ağrısı, üzücü əzginlik, sinədə və kürəkdə yanma, 38 və yuxarı hərarətdən şikayətlənir. Amma öskürək daha az rast gəlinir, xəstələr öskürmür.Eləcə də iybilmə itmir. Diareya, qarın ağrısı, ürəkbulanma var. Xəstə o qədər zəifləyir ki, çarpayıdan qalxmaq istəmir.

Xəstələrin ev aptekində sink, vitamin C, D, parasetamol, eləcə də Favipiravir olmalıdır. Məhz bu dərmanı Səhiyyə Nazirliyi Covidin istənilən mərhələdə müalicəsində tövsiyə edir. Qandurulducu dərmanları həkim təyinatı ilə içmək lazımdır. Buruna tətbiq edilən interferonlar da əhəmiyyətlidir". (medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar