Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dedim ki, qaz iyi gəlir, nəsə olacaq” - İçərişəhərdə partlayışda yaralanan şəxs - Video

Xəbər verdiyimiz kimi, İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb...

PİA.az xəbər verir ki, yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb:

“Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Qaz sızması qonşuluqdakı evdə baş verib. Yeni tikilidir, orada qalan yoxdur”.

İsmayılov daha sonra “Dünən axşam evdə dedim ki, qaz iyi gəlir, nəsə olacaq. Elə bil, ürəyimə dammışdı”, - deyə əlavə edib.

Qeyd edək ki, hadisə nəticəsində ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fərid, ev sahibi Ceyhun İsmayılovun həyat yoldaşı Səidə İsmayılova xəstəxanaya aparılıblar. Xəsarət alan ev sahibinə isə hadisə yerində yardım göstərilib. (Qafqazinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar