Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davosun daha yaxşı bir dünya yaratmaq cəhdləri... - Zəngin elita digər zümrələr barədə də düşünürlərmi?

Dünyanı daha yaxşı bir yer etmək istəyən Davos iştirakçıları kənar fikirlərlə də maraqlanırlarmı? Yaxud da dünyanın ən ciddi problemlərini həll edərkən zəngin elitalardan başqa digər qruplara nə dərəcə ciddi yanaşırlar?..

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 23 yanvar 2020-ci il

Davos zirvə görüşləri hər il fərqli mövzularla keçirilir. Bu il keçiriləcək 50-ci Davos Zirvəsi dünyanı daha yaxşı hala gətirmək məqsədilə keçiriləcək və dünyanın bir çox ölkəsindən siyasətçilər, liderlər, beynəlxalq şirkətlərin rəhbərləri, akademiklər və yardım təşkilatları görüşəcək.

Bu görüşlərdə həm cari problemlər müzakirə ediləcək, həm də son illərdə artan gəlir bərabərsizliyi, ətraf mühit və iqlim problemləri, qlobal iqtisadiyyatın gedişi, davamlı inkişaf, texnologiya, ticarət və Sənaye 4.0 kimi önəmli mövzular gündəmdə olacaq.

Bu baxımdan Davos sammitlərinin zəngin bir gündəmə sahib olduğunu deyə bilərik. Bu gündəliyə uyğun iştirakçıların olması Davos zirvəsini dünyanın, xüsusən də elitanın diqqət mərkəzinə çevirir.

Bəs tərəflər dünyanı daha yaxşı bir yerə çevirməyə hazırdılarmı?

Davosda müzakirə olunan mövzulara baxdıqda görünür ki, inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan və yoxsul ölkələrin də problemləri müzakirə olunur. Əslində, müzakirə olunan məsələlər daha çox inkişaf etməkdə olan və yoxsul ölkələrlə əlaqədardır. Lakin inkişaf etməkdə olan və yoxsul ölkələrin problemlərinə zəngin ölkə liderlərinin, iş adamlarının və beynəlxalq şirkət rəhbərlərinin səbəb olmasına baxmayaraq, həmin ölkələr bu problemlərdən yenə özləri müzakirə etməli olurlar. Çünki Davos belə bir zirvədir.

Burası dəqiqdir ki, bir çox ölkədə maddi bərabərsizlik ən yüksək həddə çatması, ticarətdəki ədalətsizliyin daha da artması, ölkələrin borc böhranı ilə üzləşməsi, daim iqtisadi böhranla üz-üzə qalması və yoxsul ölkələrin hələ də infrastruktur problemləri ilə boğuşması əksər kasıb ölkələrin öz daxili quruluşu ilə əlaqədardır. Lakin bu problemlərin əsas mənbəyi inkişaf etmiş ölkələr və bu ölkələrin nəzarətində olan beynəlxalq qurumlar və təşkilatlardır.

BVF, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatının bu gün ən çox müzakirə olunan qurumlar sırasında olması bu qurumların həmin problemlərə səbəb olduğunu göstərir. Digər tərəfdən, qlobal miqyasda bir çox şirkətin bu problemləri daha da dərinləşdirdiyini deyə bilərik.

Bəs kasıb ölkələr haradadır?

Davosda əsas məqsəd dünyanı daha yaxşı bir yerə çevirmək hədəflənsə də, bu proses tərəflər üçün nə qədər uyğun və daimi ola bilər?

Dünyanı daha yaxşı bir yer etmək istəyən Davos iştirakçıları kənar fikirlərlə də maraqlanırlarmı? Yaxud da dünyanın ən ciddi problemlərini həll edərkən zəngin elitalardan başqa digər qruplara nə dərəcə ciddi yanaşırlar?

Təəssüf ki, dünyanı daha yaxşı bir yerə çevirmək üçün birtərəfli araşdırma aparılır. Bu dünyanı formalaşdırarkən prosesdə varlıların və elitaların gözləntilərinin çox təsirli olduğu aydın şəkildə görünür. Məlumdur ki, Davos sammitinin yeganə məqsədi qlobal şirkətləri, dünya liderlərini, QHT nümayəndələrini bir araya gətirmək və qlobal problemlərin həlli üçün platforma yaratmaqdır.

Davos zirvəsindən çıxan nəticələrin və buradakı müzakirələrin həqiqətən də dünyanı daha yaxşı bir yerə çevirməsi üçün digər tərəflər də mərkəzdə olmalı və ortaq bir məqsəd yaradılmalıdır. Əks halda Davos zirvəsində təkcə elitalar müzakirə aparacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar