Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə qadın azyaşlı övladlarına ağır işgəncə verib - Video, Təfərrüat

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, 3 mərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb...

Həmin ünvanda qeydiyyatda olan Elmira Pavlova azyaşlı övladları - 9 yaşlı Pavlov Hüseyn və 7 yaşlı Pavlov Əmirxana qaz sobasında qızdırdığı bıçaqla “dağ basıb”, sonra isə döyüb.

Daşkəsəndə insanlığa sığmayan hərəkət bu evdə qeydə alınıb. Ana 2 azyaşlı övladına işgəncələr verib. O, qaz sobasında bıçağı qızdıraraq övladlarını dağlayıb”.

Elmira Pavlovanın atası Saday Əlirzayev hadisənin doğruluğunu təsdiqləyib. Baba bu barədə ona nəvələrinin danışdığını deyib. Saday Əlirzayevin sözlərinə görə, qızı hadisəni törədəndən sonra qaçıb. Nəvələrini bu vəziyyətdə görən baba isə polisə müraciət edib. Hiddətlənən baba qızının cəzalandırılmasını istəyir.

Qonşular da Elmira Pavlova haqqında yaxşı heç nə demədi. Onun yüngül həyat tərzi keçirən, içkiyə meylli qadın olduğunu bildirdilər. Elmira son əməlini də evdə rəfiqəsi ilə yeyib-içdikdən sonra törədib. Üstəlik onun övladlarını tez-tez döydüyü, işgəncələr verdiyi deyilir.

“Elmira Pavlova övladlarını dəmir parçası və ağacla döyüb. Uşaqların babasının sözlərinə görə, Elmira bu ağacla övladı Əmirxanın başına vurub və ağac Əmirxanın başında sınıb”.

Azyaşlılar yaşadıqları vəhşəti APA TV-nin kamerasına danışıb. 9 yaşlı Hüseyn bildirib ki, anası onu rəfiqəsi ilə birlikdə döyüb və hədələyib ki, heç kəsə deməsin. Əmirxan isə deyir ki, rəfiqəsi onun qollarını tutub, anası da qızdırılmış bıçağı əlinə basıb. Qadınlar uşaqları səhərə qədər eyvanda saxlayıb.

Çəkilişə geniş şərait yaradan Daşkəsən polis şöbəsindən bildirildi ki, uşaqların və babanın ifadəsi alınıb. Qadınlar axtarılır.

***

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

Rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar