Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkənddə MDB ölkələri müdafiə nazirlərinin iclası keçirilib

Tədbirdə Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub

MDB ölkələrinin hərbi qurumlarının rəhbərləri Özbəkistan paytaxtı Daşkənddə keçirilən Müdafiə Nazirləri Şurasının (MNŞ) iclasında beynəlxalq terrorizmə qarşı mübarizə tədbirlərini razılaşdırıb və hərbi təyinatlı birgə sistemlərin inkişafı istiqamətlərini müəyyənləşdiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu general Sergey Şoyqu iclasın yekunlarına dair jurnalistlərə bildirib.

“Şuranın qəbul etdiyi qərarlar müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına yardım edəcək. İşimiz çərçivəsində Orta Asiya regionundakı vəziyyət qiymətləndirilib və beynəlxalq terrorizmlə mübarizə üçün zəruri tədbirlər müəyyənləşdirilib”, – S.Şoygu vurğulayıb.

Onun sözlərinə görə, Şura üzvləri hərbi aviasiya uçuşları sahəsində əməkdaşlığın təmin edilməsi, silahlı qüvvələrin topogeodezik, meteoroloji və informasiya təminatı sahəsində qərarlar imzalayıblar.

“Şuranın iclası əməkdaşlığımızın davamlı inkişaf perspektivlərinə malik olduğunu təsdiqlədi. Gələn il üçün 50-dən çox müxtəlif planlı birgə tədbirlər keçirilməsi nəzərdə tutulur”, – o diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar